Trampdan Kanadanın Baş nazirinə reaksiya
ABŞ prezidenti Donald Tramp Kanada Baş naziri Castin Trüdonun (Justin Trudeau) ABŞ-ın polad və alüminiuma gömrük vergisi tətbiqini tənqid etməsindən sonra G-7 Liderlər Sammitinin Yekun Bəyannaməsini imzalamayacağını açıqladı.
ABŞ prezidenti Donald Tramp Kanada Baş naziri Castin Trüdonun (Justin Trudeau) ABŞ-ın polad və alüminiuma gömrük vergisi tətbiq etməsini tənqid etməsindən sonra G-7 Liderlər Sammitinin Yekun Bəyannaməsini imzalamayacağını açıqladı.
Twitter hesabı vasitəsilə Trüdonun açıqlamalarını sərt dillə tənqid edən Donald Tramp:"Baş nazir Castin Trüdo mən getdikdən sonra mətbuat konfransı keçirib. ABŞ-ın qoyduğu gömrük vergiləri təhqir olunana qədər G-7 görüşlərimizdə çox mehriban və nəzakətli davrandı. Olduqca ikiüzlü və zəifdir" yazdı.
ABŞ-ın yeni gömrük vergilərinin Kanadanın amerikan süd məhsullarına tətbiq etdiyi 270 faizlik gömrük vergisinə cavab olduğunu bildirən Tramp: "Castinin mətbuat konfransındakı səhv açıqlamalarına və Kanadanın amerikan fermer, fəhlə və şirkətlərinə tətbiq etdiyi böyük gömrük vergilərinə görə ABŞ nümayəndələrinə G-7 Yekun Bəyannaməsini təsdiq etməmələri barəsində təlimat verdim, bəyannaməni imzalamayacağam" ifadələrini işlətdi.
Qeyd edək ki, Kanadanın Baş naziri Castin Trüdo G-7 Sammitinin başa çatması ilə əlaqədar mətbuat konfransı keçirib və konfransda Trampı ciddi şəkildə tənqid edib.
Trüdo kanadalıların I Dünya Müharibəsindən bu yana amerikan əsgərləri ilə çiyin-çiyinə vuruşduqlarını xatırladıb, ABŞ-ın Kanadadan idxal ediləcək polad və alüminiuma gömrük vergisini Kanada xalqına təhqir kimi səciyyələndirib.
Әlaqәli Xәbәrlәr
Beynəlxalq Cinayət Məhkəməsi Netanyahu və bu adamların həbsini istədi
Beynəlxalq Cinayət Məhkəməsindən verilən yazılı açıqlamaya görə ...
Şahzadə atasına görə səfərini təxirə saldı
Səudiyyə Ərəbistanı Kral Divanından verilən məlumata görə ...