Xarici mətbuat,13 avqust 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar.

1690461
Xarici mətbuat,13 avqust 2021

“El Quds El Arabi”: Amerika Birləşmiş Ştatları diplomatları təhlükəsiz Kabildən çıxarmaq üçün bölgəyə müvəqqəti missiya ilə 3000 əsgər göndərir.

“Aljara”: (Əfqanıstan) Taliban Qəznəni nəzarətə götürdükdən sonra Kabul istiqamətində irəlləyir. Hökumət isə hücumları dayandırması qarşılığında səlahiyyətləri bölüşəyi təklif edir.

“El dustour”: Rusiya koronavirus əleyhinə “Sputnik” peyvəndinin Delta variantına qarşı aktivliyinin 83% olduğunu müdafiə edir.

Focus.de: Taliban hərəkatının şəhərlərə nəzarəti ələ keçirməsinə görə Almaniya rəhbərliyi vətəndaşlarından Əfqanıstandan təcili çıxmalarını istəyib.

“Spiegel.de”: Almaniyanın xarici işlər naziri Heiko Maas: “Taliban iqtidarı ələ keçirərsə, Əfqanıstana bir qəpik belə verilməyəcək”.

“Frankfurter Allgemeine Zeitung”: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Taliban ilə görüşmək istəyir.

El Mundo (İspaniya): İspan peyvəndi gecikməyəcək: “Protein yarana biləcək yeni variantlara qarşı inkişaf etdirilə bilər”.

“La Jornada” (Meksika): Venesuela Prezidenti Nikolas Maduro müxalifətlə görüşü əvvəli: “Təhdid və şantajlara boyun endirməyəcəyik”

“El Comercio” (Peru): Boliviyanın keçmiş Prezidenti Evo Morales, koronavirus epidemiyasının biologiya müharibəsinin bir hissəsi” olduğunu irəli sürüb.

“RİANovosti”: Voronejdə avtobusun dayanacaqda gözlədiyi əsnada partlaması nəticəsində 1 nəfər ölüb, 19 nəfər yaralanıb.

“TASS”: Rusiya Daxili İşlər Nazirliyi Azərbaycanın Belarusdakı keçmiş səfiri İsfəndiyar Vahapzadənin 50 il Rusiyaya girişini qadağan edib.

“RT”: Rusiya müdafiə naziri Sergey Şoyqu çinli həmkarı Wei Fenqe ilə görüşü zamanı iki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

“Le Parisien”: Fransada həddindən artıq istilər davam edir. 5 bölgə hələ də narıncı xəbərdarlıq səviyyəsində.

“Le Figaro”: Mərakeş və İsrail qarşılıqlı olaraq səfirlik açacaq.



Әlaqәli Xәbәrlәr