Xarici mətbuat, 25 avqust 2021

Dünya informasiya vasitələrində əks edən xəbərlərdən başlıqlar

1696876
Xarici mətbuat, 25 avqust 2021

El-Quds El-Arabi” (Ərəb-İngilis Qəzeti): İordan çayının qərb sahilinin şimalında İsrail əsgərləri tərəfindən öldürülən (15 yaşında) Fələstinli gəncin cənazəsi dəfn edildi.

“El-Quds El-Arabi” (Ərəb-İngilis Qəzeti): Mərakeş, Əlcəzairin diplomatik əlaqələri dayardırma qərarından narahat olduqlarını, bundan imtina etməsini istədiklərini bildirib.

“El-Raye El-Qatariyye” (Qətər qəzeti): Qətər Əfqanıstanda qapalı qalanların ölkədən çıxarılmasında əhəmiyyətli keçid məntəqələrdən biri hesab edilir.

“tagesschau.de”: Almaniyanın Məşğulluq Xidmətinin rəhbəri Detlef Scheele, ölkəsinin ildə 400.000 immiqranta ehtiyacı olduğuna diqqət çəkib və hökuməti daha çox mühacir qəbul etməyə çağırıb. Almaniyada işçi qüvvənin tükənmək üzrə olduğunu vurğulayıb.

“Welt.de”: Almaniya kansleri Angela Merkel, ABŞ olmazdan Kabildən təxliyə işinin davam etdirələbilməyəcəyini bildirib.

“Deutsche Welle”: Taliban, əfqanların ölkəni tərk etməsinə icazə verilməyəcəyini açıqlayıb.

“Le Parisien”: Yeni bir araşdırmaya görə, Pfizer və Moderna peyvəndlərinin Covid-19 epidemiyasının Delta ştamı əleyhinə effektivliyi 66 faizə enib.

“Le Figaro”: Dünya Bankı Əfqanıstana yardımları dayandırıb. Ölkədəki qadınların vəziyyətindən narahatlıq duyur.

“Le Monde”: Fransanın Martinique adasında Covid-19 əleyhinə tədbirlər çərçivəsində tətbiq edilən məhdudiyyətlər daha üç həfdə davam edəcək.

“La Vanguardia” (İspaniya): ABŞ Prezidenti Co Bayden bütün tənqidlərə baxmayaraq Kabildən müəyyənləşdirdiyi tarixdə (31 avqusda) çıxamağı nəzərdə tutan qərarından imtina etmiyəcəklərini bildirib.

“Infobae” (Argentina): Uruqvay əhalisinin 70 faizi iki doza koronavirus peyvəndi vurulub.

“El Nacional” (Venesuela): Ciddi Covid-19 simptomları proqnozlaşdıra bilən bir molekulyar mexanizm təsbit edilib.

“Gazeta.ru”: Taliban-ın Qətərdəki nümayəndəliyinin rəhbəri bildirib ki, Taliban Rusiya və Çinlə yaxşı münasibətlərə malikdir.

“Regnum agentliyi”: Rusiyanın dövlət borcu 2021-ci ilin ilk 6 ayında 20,4 trilyon rubla çatıb. (ümumi daxili məhsulun 17,7% -i).

“TASS agentliyi”: Rusiya Müdafiə Nazirliyi, Prezident Vladimir Putinin göstərişi ilə Rusiya, Ukrayna və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələrin 500 -dən çox vətəndaşını Əfqanıstandan çıxaracaq.



Әlaqәli Xәbәrlәr