Xarici mətbuat, 1 iyul 2021

Dünya informasiya vasitəlirində gündəmə dair əks olunmuş xəbərlərdən başlıqlar.

1667870
Xarici mətbuat, 1 iyul 2021

“El-Dustour” (İordaniya Qəzeti): İsrailli əsgərlər ilə fələstinlilər arasında Cenin şəhərində silahlı qarşıdurma baş verib. İordan çayının qərb sahilində fələstinlilər nəzarətə götürüb.

“El-Qüds El-Arabi” (Ərəb - İngilis qəzeti): Yəhudi köçkünlərin Fələstin ərazilərindəki Asira əl-Kibliya kəndinə hücumundan sonra başlayan hadisələr nəticəsində bir Fələstinli həyatını itirib.

“El-Raye El-Qatariyye” (Qətər Qəzeti): Türkiyə peyvən vurulmuş Qətərli turistlərə Karantin tətbiq etməyəcək. Onlardan PCR testi də təbəl edilməyəcək.

“Bild.de”: Türkiyədə koronavirus əleyhinə mübarizə çərçivəsində üçüncü doza peyvənd tətbiqi başladı. 50 yaşdan yuxarı olanlar və ikinci doza peyvənd olmuş səhiyyə işçiləri üçüncü doza üçün randevu ala biləcəklər.

Deutsche Welle”: Tour de France-da (Fransa velosiped Yarışında ) onlarla velosipedçinin qəzaya düşməsinə səbəb olan tamaşaçı həbs edilib.

“Handelsblatt”: ABŞ Prezidenti Co Bayden bir universitet professorunu(Amy Gutman) Berlinə səfir təyin etdi. Beləliklə, ABŞ-dan Almaniyaya ilk dəfə bir dadın səfir təyin edildi.

“El País” (İspaniya): İspaniya Baş naziri Pedro Sánchez: ‘Öz müqəddəratını təyinetmək üçün daha xalq sorğusu keçirilməyəcək”.

“El Mundo” (İspaniya): Aparılan sorğulara və tədqiqatlara görə xalqın əksəriyyəti, Ümumdünya Səhiyyə Təşkilatının peyvənd olunsa da maskadan istifadənin davam etməsi çağırışına dəstək verir.

“Infobae” (Argentina): Pan Amerika Səhiyyə Təşkilatı Latın Amerikası və Karib dənizindəki əhalinin yalnız 10 faizinin Kovid-19 əleyhinə peyvənd vurulmasının qəbuledilməz olduğunu bildirib.

Fransa 24: 7 iyul tarixindən etibarən Fransada Turistlər Kovid-19 testi olmaq üçün pul ödəyəciklər.

“Le Soir” (Belçika): Avropa ölkələri arasında səyahətlərdə istifadə ediləcək peyvənd kartı tətbiqi qüvvəyə mindi.

“Le Matin” (İsveçrə): Alman “CureVac” peyvəndinin effektivliyi 48%-dir.

“RİA Novosti”: Sankt-Peterburq Politexnik Dövlət Universitetinin alimləri Sentyabrın yarısında Moskvada koronavirus hadisələrinin zirvə qəbul ediləcək nöqtəyə çatacağı nəzərindən müdafiə edirlər.

“İzvestiya”: ABŞ Prezidenti Co Bayden-ın milli təhlükəsizlik üzrə müvini Jake Sullivan ilə Almaniyanın Müdafiə naziri Annegret Kramp-Karrenbauer arasında baş tutan görüşdə, Rusiya və Çin ilə əlaqəli mövzular müzakirə edilib.

“Kommersant”: NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə sözçüsü Ceyms Appaturay, Rusiyanın İngilis gəmisinə atəş etməsinə baxmayaraq NATO-nun Qara dənizdənki mövcudluğunun davam edəcəyini bildirib.



Әlaqәli Xәbәrlәr