Xarici mətbuat, 24 1yun 20221

Dünya informasiya vasitələrində gündəmə dair əks olan xəbərlərdən başlıqlar

1663780
Xarici mətbuat, 24 1yun 20221

 

“La Jornada” (Meksika): Dünya Amerika Birləşmiş Ştatları (ABŞ) əleyhinə səs verib. Birləşmiş Millətlər Təşkilatının 183 üzvü ABŞ-ın Kubaya embarqo tətbiqinə son qoymasını tələb edib.

“El País” (İspaniya): McAfee Antivirus proqramçısı John McAfee Barselonada həb edildiyi hücrəsində intihar edib.

"La Tercera" (Çili): Elm adamları Delta Plus-ın Hindistanda aşkarlanan variantının daha təhlükəli və yoluxucu olduğunu qeyd ediblər.

Handelsblatt.com”: Avropa İttifaqı (Aİ) Liderləri Sammiti: “Türkiyəyə yaxınlaşmaq Alman iqtisadiyyatına töhfə verəcək imkanlara qapı aça bilər

“t-online.de”: Almaniyada  əhali sayı son 9 ildə ilk dəfə azalıb. Buna ölüm nisbətinin artması və ölkəyə köçün azalması səbəb göstərilib.
“tagesschau.de”: Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən dissident jurnalist Camal Qaşıqçının qatillərindən dördünün ABŞ-da hərbi nizam-intizam təhsili aldığı iddia edilir.

“Əlcəzirə”: Liviya ilə bağlı ikinci Berlin konfransı sona çatıb. Yığıncaqda ölkədəki muzdluların qovulması mövzusunda razılıq əldə edilib və Liviyada seçkilərin vaxtında keçirilməli olduğu vurğulanıb.

“Elraya”: Qətər ‘Asiyada Güvən Qurma Komitəsinin’ iclasında iştirak edir.

Elquds Elarabi”: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterresə görə Suriyaya sərhəddən yardım çatdırılmasa idi bunun təsiri dağıdıcı olardı.

“Le Parisien”: Fransada Kovid-19 səbəbiylə dövlət yardımları dayandırıldı. Höküməti qərarı ölkədə narahatlıq yaradıb.

“Le Monde”: Fransa Senatı hərbi büdcəyə yenidən baxılması ilə bağlı hökumətə olan inamı yeniləmək ( hökümət ilə əlaqəli etimad sorğusu keçirmək) təklifini rədd edib.

“Le Figaro”: Fransa Baş naziri Jean Castex və Səhiyyə Naziri Olivier Véran, Kovid-19 epidemiyasının tüğyan etdiyi Landes bölgəsinə baş çəkib.

“İzvestiya”: Rusiya Xarici İşlər Nazirliyi, İngiltərəni Qara dənizdəki sərhədi pozduğu üçün xəbərdarlıq atəşinə məruz qalan Destroyer ilə əlaqəli qınadı.

"Lenta.ru": Ümumdünya Səhiyyə Təşkilatı ilk dəfə uşaqların koronavirusa qarşı peyvənd edilə biləcəyini səsləndirib.

“TASS”: Koronavirus hadisələri ən çox qeydə alınan paytaxt Moskvada, Kuryerlər məcburi vaksinasiya proqramına daxil ediliblər.



Әlaqәli Xәbәrlәr