Xarici mətbuat, 23 iyun 2021

Dünya informasiya vasitələrində gündəmə dair dərc olunmuş xəbərlərdən başlıqlar

1663042
Xarici mətbuat, 23 iyun 2021

“Fransa 24”: Fransada 10 və 24 aprel 2022 tarixlərində prezident seçkiləri keçiriləcək.

“Le Monde”: İtaliyada maska istifadəsinə son qoyulur. Dünya Səhiyyə Təşkilatı (ÜST) isə Avro-2020 münasibətilə tədbirlərin yüngülləşdirilməsindən narahatdır.

“Le Soir”: Belçikada koronavirus peyvəndi olmağı qəbul etməyən Valonlara cari ayın sonundan etibarən vaksinasiya olmaları üçün ikinci dəfə imkan veriləcək .

“Stern.de”: Almaniya kansleri Angela Merkel ikinci doza koronavirus peyvəndi olub.

travelnews.ch” (İsveçrə): Türkiyə turizm mövsümünü uzatmağı planlaşdırır.

Frankfurter Allgemeine Zeitung”: Sosial Demokrat Partiyası (SPD) məktəblərdə Türk və Yunan dillərinin tədrisini tələb edir.

“Eldustour”: Yəhudi məskunlaşanlar Məscidül-Əqsaya basqın ediblər, Qüds və İordan çayının qərb sahilində çox sayda Fələstinli həbs edilib.

“Aljazeera”: Prezident Rəcəb Tayyib Ərdoğan İrqçilik virusunun koronavirusdan daha təhlükəli olduğunu vurğulayıb. Media və insan haqları təşkilatlarının müsəlmanlara qarşı hücumlara biganə qaldıqlarına diqqət çəkib. “Elquds Elarabi”: ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Patriot sistemini geri çağırması Yaxın Şərq ölkələrini Rusiyanın S-400 hava hücumundan müdafiə sistemi və ya Çinin X-Qiu-9 sistemlərinə yönəldə bilər.

“El País” (İspaniya): İspaniya hökuməti yeni dialoq dövrünə başlamaq üçün Kataloniya prosesi çərçivəsində tutulanların əfvini nəzərdə tutan qirarı təsdiq edib. (Kataloniya 2017-ci ilin oktyabrında müstəqilliyini elan etdi)

“Infobae” (Argentina): Amerika Birləşmiş Ştatları Nikaraqua Prezidenti Daniel Ortega rejiminə təzyiqi artırmaq üçün qanun layihəsi qəbul etməyə hazırlaşır.

Telesur” (Venesuela): Rusiya və Venesuela xarici işlər nazirləri strateji münasibətlərini təsdiqlədilər.

“TASS”: Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ-ı və müttəfiqlərini Qara dənizdə keçirilməsi  planlaşdırılan “Sea Breeze – 2021” hərbi təlimdən imtina etməyə   çağırıb.

“RİA Novosti”: Almaniyada Sol Partiya millət vəkili Sevim Dağdelen “nd.DerTag” qəzetində  dərc  olan  məqaləsində  müdafiə xərclərini artıran Berlin hökumətinin Rusiya ilə müharibəyə hazırlaşdığını  irəli  sürüb.

Gazeta.ru”: Türkiyə ilə uçuşların bərpa ediləcəyi elan  edildikdən sonra Rusiyada, Türkiyəyə  turlarının qiyməti təxminən iki dəfə artıb.

 



Әlaqәli Xәbәrlәr