Xarici mətbuat, 25 mart 2021

Xarici informasiya vasitələrində Türkiyə və dünya gündəminə dair əks olunmuş bəzi xəbərlərin baxlıqları.

1608175
Xarici mətbuat, 25 mart 2021

“Apa” (Azərbaycan): Gürcüstana “Pfizer” vaksininin ilk partiyası çatdırılıb

.“Le Monde”: Fransada “Kovid-19” səbəbiylə reanimasiyaya qəbul edilən xəstələr arasında gənclərin nisbəti artır.

“Le Figaro”: İngiltərə ilə Avropa İttifaqı arasındakı gərginlik tarıma çəkilir.

“Eldustour”: Ədalət və İnkişaf Partiyası Rəcəb Tayyib Ərdoğanı yenidən lider olaraq seçdi.

“Eldustour”: İordaniyada “AstraZeneca” peyvəndinin birinci və ikinci dozaları arasındakı üç aylıq müddət tətbiq olunur.

“Aljazeera”: Türkiyə, Fransa Prezidenti Emmanuel Makronun Fransadakı seçkilərə "müdaxilə" ilə əlaqədar şərhlərini qınadı.

 “La Nación” (Argentina): Argentina Venesuelanı dəstəkləmək üçün Lima Qrupundan (2017-ci ildə Amerika qitəsində 14 ölkə tərəfindən Venesuela böhranını aradan qaldırmaq üçün yaradılmış beynəlxalq birlik) ayrıldı.

“Prensa Latina” (Kuba): Kuba “Kovid-19” əleyhinə mübarizə çərçivəsində kütləvi peyvənd yolunu izləyir: İyul-Avqust ayları arasında əhalinin 70%-i vaksinasiya olacaq.

“Bild.de”: Almaniya Kansleri Angela Merkel Korona Sammitində Pasxa tətili münasibətiylə qəbul edilən məhdudiyyətlər və qadağan qərarlarına görə vətəndaşlardan üzr istədi.

 “Deutsche Welle”: Almaniya “Sputnik V” peyvəndinin təmini ilə bağlı hərəkətə keçdi. Alman hökuməti Avropa İttifaqı Komissiyasından tələb edib ki, Rusiyanın hazırladığı “Sputnik V” peyvəndin sifarişi üçün lazımlı addımlar atılsın.

Spiegel.de”: Uşaqlar ancaq 2022-ci ildə vaksinasiya olabiləcəklər.

“Kommersant”: Rusiya Xarici İşlər Naziri Sergey Lavrov Cənubi Koreyanın Xarici İşlər Naziri Chung Eui-yong ilə Seulda görüşdükdən sonra verdiyi açıplamada iki ölkənin ortaq investisiya fondu yaratmaq üçün danışıqlar apardığını bildirib.

“Lenta.ru”: Bloomberg-in hesabatına görə ABŞ 2020-ci ildə Rusiyadan neft və neft məhsulları idxalını artırdı.

“TASS”: Soyuz 2.1b daşıyıcı raket, OneWeb peyklərini orbitə yerləşdirmək üçün Vostochniy Kosmodromdan atıldı.



Әlaqәli Xәbәrlәr