Xarici mətbuat, 23 mart 2021

Xarici informasiya vasitələrində Türkiyə və dünya gündəminə dair əks olunan bəzi xəbərlərin başlıqları.

1606507
Xarici mətbuat, 23 mart 2021

“525-ci qəzet” (Azərbaycan): Böyük Britaniyada son sutka ərzində 5342 nəfər koronavirusa yoluxub. Bu sentyabrdan bəri ilk dəfə qeydə alınan sutkalıq ən aşağı göstəricidir.

“LE MONDE”: Fransanın Ile-de-France bölgəsində koronavirus (Kovid-19) epidemiyası sürətlə yayılır.

“Fransa 24”: Bir elmi araşdırma Kovid-19 səbəbiylə xəstəxanaya yerləşdirilən üç xəstədən ən az birinin müxtəlif orqanlarında zədələnmə və ya psixoloji problem təsbit edildiyini, sağlamlıqlarının daimi olaraq təsirləndiyini ortaya qoyub.

“Le Monde”: Çinin Fransadakı səfiri təhqiramiz ifadələrinə görə Fransa Xarici İşlər Nazirliyinə ('Quai d'Orsay') çağrılıb.

“El País” (İspaniya): Kovid-19 əleyhinə hazırlanan və ya toplanan peyvəndlər iyun ayında İspaniya əhalisinin70%-in vaksinasiyası üçün istifadə ediləcək.

“Infobae” (Argentina): Venesuela Milli Əczaçılıq Akademiyası Kubanın Kovid-19 əleyhinə peyvənd testlərinin mümkün riskləri barədə xəbərdarlıq edir.

“La Jornada” : Meksikada Çinin “Cansino Biologics” şirkətindən satın alınan “CanSino” peyvəndlərin paylanma işinə başlandı.

“Aljazeera”: İsraildə son iki ildə dördüncü dəfə seçkilər keçirilir.

“Al-Qüds-Al-Arabi”: İsrail Baş Naziri Binyamin Netanyahu: “Tamamilə suveren bir Fələstin dövləti qurula bilməz”.

“Al-Raya” (Qətər): Türkiyədə keçiriləcək növbəti iclasda ABŞ-ın Əfqanıstandan çıxmaq planı müzakirə ediləcək.

“Deutsche Welle”: Almaniyada maska ​​qalmaqalı alovlanır.

“Süddeutsche Zeitung”: Almaniyada “Kovid-19” əleyhinə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin qüvvədə qalma müddəti 18 Aprelə qədər uzadıldı.

“Frankfurter Rundschau”: Astrazeneca: “Araşdırmalar ilə peyvəndin efektli olduğu müəyyənləşdirildi”.

“RİA Novosti”: Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell, Moskvanın Brüsseldən getdikcə daha çox uzaqlaşdığını qeyd edib.

“Kommersant”: İngiltərə Rusiyanı Avropanın təhlükəsizliyinə ən böyük nüvə və hərbi təhdid olaraq qəbul edir.

“TASS”: Bolqarıstan Rusiya səfirliyinin iki işçisini persona non-qrata elan etdi. Diplomatlardan 72 saat ərzində ölkəni tərk etmələri istənilir.



Әlaqәli Xәbәrlәr