Xarici mətbuatı, 22.mart.2021

Xarici mətbuat və veriliş orqanlarında gündəmə dair əks edən bəzi xəbərlərin başlıqları

1605733
Xarici mətbuatı, 22.mart.2021

“Al-Raya Al-Katariya” (Qətər): 25 Martda keçiriləcək Avropa Zirvə toplantısında koronavirusun (Kovid-19) əks olunmaları müzakirə ediləcək.

“VATAN” (Oman): Mütəxəssislərə görə “Kovid-19” gələcəkdə mövsümi xəstəliyə çevrilə bilər. Kovid-19-un mənbəyi gələn həftə açıqlanacaq.

“El-Mustakbal” (Livan): Alim Özləm Türəci “Kovid-19”-un xərçəng xəstələri üçün ümid ola biləcəyini bildirib. Yaxın gələcəkdə xərçəngə qarşı mübarizədə “Kovid-19” peyvəndinin hazırlandığı metod istifadə ediləcək.

“Deutsche Welle”: Almaniya Kansleri Angela Merkelin “Kovid-19” epidemiyası səbəbindən qüvvədə olan mövcud tədbirlərin müddətinin aprel ayına qədər uzadılmasını tələb edib.

“tagesschau.de”: Baş nazirin müavini Olaf Scholza görə Pasxa tətilinin uzun müddətli olması hər kəsin yay tətilini təhlükəyə salabilər.

“Berliner Zeitung”: Elm xadimlərinin proqnozlarına görə “Kovid-19” epidemiyasında üçüncü dalğanın təsirləri daha təhlükəli olabilər.

“Le Monde”: Fransada müxalifət, yerli seçkilərin “Kovid-19” səbəbiylə təxirə salınması ehtimalına görə narahatdır.

“Fransa 24”: Fransanın Marsel şəhərində 6500 nəfərin iştirakı ilə keçirilən karnavalda Kovid-19 tədbirləri heçə sayıldı.

“Le Temps” (İsveçrə): Beynəlxalq təşkilatların qərargahına ev sahibliyi edən Cenevrə şəhəri, Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Çin arasındakı qarşıdurmalara səhnə olur.

“El Pais” (İspaniya): İspaniyada dövlətin “Kovid-19” səbəbiylə verdiyi yardımlardan hər 12 şirkətdən yalnız biri istifadə edəbilir.

“El Mundo” (İspaniya): Almaniya kansleri Angela Merkel, tətil məqsədiylə İspaniyanın Balear adalarını və Mallorcayanı seçim edən vətəndaşlarından 3-cü dalğa səbəbiylə bu planlarından imtina etmələrini istəyib.

“El Nacional” (Venesuela): Venesuela rejimi “Kovid-19” əlayhinə mübarizə çərçivəsində 15 günlük radikal məhdudiyyət tətbiq olunacağını açıqlayıb.

“Lenta.ru”: Amerikalılar Prezident Joe Biden-in Rusiya lideri Valdimir Putin haqqında dediklərini kobud və utandırıcı hesab edirlər.

“RİA Novosti”: Sofiya Hərbi Məhkəməsi Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən 6 məbhusdan 5-nin sərbəst buraxılması qərarına gəlib.

“TASS”: Avropanın Daxili Bazar üzrə Komissarı Thierry Breton, Avro zonada “Sputnik V” peyvəndinə ehtiyac olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr