Xarici mətbuat, 08 mart 2021

Xarici  informasiya  vasitələrində  Türkiyə və dünya gündəminə dair  dərc olunan bəzi xəbərlərin  başlıqları.

1596915
Xarici mətbuat, 08 mart 2021

“Al-Raya Al-Katariya” (Qətər): Prezident Rəcəb Tayyib Ərdoğan avropa  ölkələrini  Suriyalıların könüllü   olaraq  ölkələrinə qayıtmalarını dəstəkləməyə çağırıb.

“VATAN” (Oman): Ümumdünya Səhiyyə Təşkilatına görə  Coronavirusun  mənfi psixoloji təsiri   II Dünya Müharibəsindən daha çoxdur.  

“Əl-Mustakbal” (Livan): Səudiyyə Ərəbistanı dünəndən (7 mart) etibarən koronavirus tədbirlərinin  mərhələli   olaraq  ləğv  edilməsi  qərarına  gəlib.  

“Bild.de” : Almaniyada ştatlarda milyonlarla doza aşı olmasına baxmayaraq, təyinat sistemindəki  çatışmazlıq səbəbindən vətəndaşların peyvənd  vurulmaları ləngiyir.

“Deutsche Welle” : Alman Kansleri Angela Merkel, 8 Mart Beynəlxalq Qadınlar Günü  ərəfəsində   verdiyi  açıqlamada  “fürsət bərabərliyinə”   diqqət  çəkib və qadınların qərar vermə proseslərinə daha çox cəlb edilməsinin vacib  olduğunu  vurğulayıb.

“Spiegel.de”: Avropa Komissiyasının sədri Ursula von der Leyen, aprel ayından  tutmuş hər ay 100 milyon doza koronavirus əleyhinə peyvənd  gözlədiyini bildirib.

“La Vanguardia” (España): İspaniya Nazirlər Şurasının sabah (8 mart)    keçiriləcək   iclasında  turizm və ticarət üçün 11.000 milyon avroluq ictimai yardım paketinin   təsdiq   edilməsi  gözlənilir. 

“La Página” (Boliviya): Boliviyada keçirilən əyalət seçkilərində müxalifət mərkəzi bölgələrdə   səslərin  əksəriyyətini  toplayıb.

“Prensa Latina” (Kuba): Venesuelanın vitse-prezidenti Delcy xanım Rodríguez, bu gün Kubaya işgüzar səfər edəcək.  

“Le Parisien” (Fransa): Fransa Slovakiyaya 15.000 doza “AstraZeneca” Kovid-19:  əleyhinə peyvənd göndərdi

“Le Figaro” (Fransa): İsveçrədə keçirilən referendumda xalq  hicabın  qadağa  edilməsini  istədi.

“Fransa 24” (Fransa): İngiltərə və Almaniyada Coronavirus əleyhinə   mübarizə  çərçivəsində    tətbiq  edilən   məhdudiyyətlər   yüngülləşdirildi. 

“TASS”: Rusiya Prezidenti Vladimir Putinə  görə  Beynəlxalq Qadınlar Gününü həqiqi dəyərləri və əxlaqı pirinsipləri  qorumaq üçün dəyərli  ənənə  hesab  edilir.

“RİA Novosti”: Brent markalı neftin barel qiyməti 71 dolları ötdü.

“Kommersant”: New York Times-a görə ABŞ SolarWinds proqramına edilən hücuma cavab olaraq üç həftə ərzində Rusiya şəbəkələrində gizli kiber hücumlar həyata keçirməyi planlaşdırır.

 



Әlaqәli Xәbәrlәr