Xarici mətbuat, 12 oktyabr 2020

Xarici media vasitәlәrindә dәrc olunan bәzi xәbәrlәrin başlıqları.

1507245
Xarici mətbuat, 12 oktyabr 2020

"azertag.az": Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur

"trend.az": Oktyabrın 12-ə keçən gecə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin 2 PUA-sı, bu gün saat 10:00 radələrində isə Ağdam rayonu istiqamətində 1 PUA-sı hava hücumunda müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

"VATAN" (Oman): ABŞ yeni növ koronavirusa (Covid-19) qarşı peyvənd hazırladığını və kütləvi istehsal üzərində işə başladığını açıqlayıb.
"Al-Raya Al-Katariya" (Qətər): Fələstinin Baş naziri Məhəmməd İştiyye: "Parlament seçkiləri yaxın zamanda keçiriləcək".
"Deutsche Welle": Mustafa Akıncı və Ersin Tatar Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətində keçirilən seçkilərdə ikinci tura çıxdı.
"Spiegel.de": Avstraliyada aparılan bir araşdırmanın nəticəsinə görə, "Covid-19" 28 günə qədər mobil telefon səthində canlı qala bilir.
"Bild.de": "Robert Koch" institutu Almaniyada 38 mindən çox aktiv "Covid-19" hadisəsinin olduğunu bildirdi.
"Le Parisien": (Fransa Prezidenti) Emmanuel Makron: "Mən heç vaxt gecikmərəm ... çünki onsuz da heç bir şey mənsiz başlamamalıdır" (Qeyd: Makronon bir yerə gedəndə insanları inandırmaq üçün uzun söhbətlər etdiyi üçün hər zaman proqramının ləngiməsinə dair  şərhi)
"Le Figaro": Emmanuel Makron cümə axşamı günü polis həmkarlar ittifaqlarını qəbul edəcək
"Le Soir": Bir araşdırmaya görə "Covid-19" səthlərdə 28 gün yaşaya bilir
"El Pais": (İspaniya): İspaniyada Kral Felipenin iştirakı ilə və mövcud siyasi gərginlik mühitində Milli Gün qeyd edildi.
"El Mundo": (İspaniya): İspaniyalı Rafael Nadal Fransa Açıq Tennis Turnirinin Kişilər arasında Təklər Finalında serbiyalı Novak Cokoviçi 3-0 məğlub etdi.
"TeleSur" (Venesuela): Venesuela Prezidenti Nikolas Maduro: "Blokada əleyhinə Qanun Venesuelada kütləvi istehsal təmin edəcək.
"RIA Novosti": Bir şeyə hazırlaşırlar: ABŞ nə üçün Rusiyanın silah modellərini alır?
"Kommersant": Ermənistan-Azərbaycan atəşkəsi yarım gün belə davam etmədi
"TASS": Türkiyə millisi Rusiya seçməsi ilə heç-heçə edib



Әlaqәli Xәbәrlәr