Xarici mǝtbuat

Gündәm xarici media vasitәlәrindә:

851779
Xarici mǝtbuat

Rusiya “Supitnik”: ‘İ.Kalın: “Rakka əməliyyatı başa çatdı. ABŞ-ın YPG ilə əlaqəsini kəsməsini gözləyirik’.”

 Türkiyə Dövlət Rəhbərliyinin sözçüsü İbrahim Kalın Fransanın "Francə 24" kanalında Mark Perelmanın qonağı oldu.

İbrahim Kalın müsahibədə Amerika Birləşmiş Ştatları ilə Türkiyə arasındakı problemlərə də toxundu. Sözçü terror təşkilatı PKK-nın Suriya qolu PYD/YPG-yə verilən dəstəyin ən ciddi problem olduğunu bildirdi. "Başından bəridir bizə PYD/YPG ilə əlaqələrinin müvəqqəti olduğunu, yəni Rakka bir dəfə xilas edildikdən, DEAŞ sıradan çıxarılandan sonra, əlaqəni kəsməyə başlayacaqlarını söyləyirdilər. Buna görə indi ABŞ-ın PYD/YPG ilə əlaqəsini kəsməsini gözləyirik çünki vəzifə yerinə yetirildi"-deyə Kalın vurğuladı.

İngiltərə “Reuters” xəbər agentliyi: “B.Bozdağ: ‘Rza Sərrafın məhkəməsi Türkiyəyə yönəldilmiş qurma bir hadisədir’.”

Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ Nazirlər Kabinetinin yığıncağından sonra verdiyi açıqlamada bildirib ki, ABŞ-da məhkum tutulan İran əsilli Türk vətəndaşı Rza Sərraf məhkəməsi Türkiyəyə yönəldilmiş qurma bir işdir. Bu siyasi bir məhkəmədir, hüquqi dayanacağı yoxdur.  Fətullahçı Terror Təşkilatı Paralel Dövlət İdarəçiliyi (FETÖ/PDY) hərbi, polis və məhkəmə içindəki əlilə gördüyü ancaq nail ola bilmədiyi işin arxasında ABŞ məhkəməsi əlilə təkrarlanmasından özgə bir şey deyil. Dəlillərin heç birinin hüquq cəhətdən əsası yoxdur.

ABŞ “Turkish American Web” saytı: “NATO-dakı qalmaqalı mayor Əbru ortaya çıxardı”

Norveçdəki NATO təlimindəki qalmaqalı mayor Əbru Nilhan Bozkurtun diqəti ortaya çıxardı. Mayor Əbru Bozkurt təlim zamanı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan adından saxta hesab açıldığını və bu hesab üzərindən düşmən qüvvələr arasında ismarıclar bölüşüldüyünü gördü. O paylaşmalarda Ərdoğan düşmənlə əməkdaşlıq içində silah sazişləri bağlayan biri kimi göstərilirdi. Atatürk də düşmən kimi hədəfə alınmışdı. Həmin təlimdə ABŞ prezidenti Tramp adından da hesab açılmış ancaq Tramp dost qüvvələr arasında göstərilirdi. Mayor Əbru Bozkurt dərhal komandirlərini məlumatlandırdı və provokatif hərəkət ortaya çıxarıldı.

ABŞ “CNN” beynəlxalq xəbər kanalı: “Təbii qaz idxalında yeni mənbələr üçün fəaliyyətlər davam edir”

Türkiyənin enerji naziri Bərat Albayrak təbii qaz idxalında yeni mənbə və marşurtlar  üçün fəaliyyətlərin davam etdiyini, həmin çərçivədə Orta Şərq, Orta Asiya, Şərqi Aralıq dənizi, Afrika kimi ölkələrdən qaz təmin edə biləcəyini söylədi. Albayrak TBBB Plan və Büdcə Komissiyasında etdiyi çıxışda “təbii qaz istehlakı ildə təqribən 50 milyard kubmetrə çatdı. Keçən il 44 ədəd olan neft axtarma və istehsal quyusu açıldı, bu ilin axırınadək isə 65 quyu açılacaq. Aralıq dənizi və Qara dənizdə detammı seysmik axtarış işləri davam etdirilir.” dedi.  



Әlaqәli Xәbәrlәr