Xarici Mətbuat

Gündəm xarici media vasitələrində:

809789
Xarici Mətbuat

Almaniya, "Bild" qəzeti: Alman rəsmilərinin Türkiyəyə qarşı ikili standartı
 
 "Bild" dəzetinin köşə yazarı Wilfried Pastors Almaniyanın terror məsələsində Türkiyəyə qarşı əsassız davrandığını bildirir. Pastors məsələyə həsr etdiyi məqalədə Almaniyanın PKK-nı  terror təşkilatı olaraq qəbul etməsinə baxmayaraq, təşkilatın fəaliyyətlərinə icazə verməsinə reaksiya göstərir. Müəllif  məqaləsində: "Bu təşkilat Almaniyada 1993-cü ildən bəri qadağan olunub, bu üzdən simvollarının açıq-aşkar şəkildə göstərilməsinə yol verilməməlidir. Terror təşkilatının başçısının da terrorçu olduğu bir həqiqətdir. Almaniyada başçıların  portretini və bayraq adı verdikləri parçaların nümayiş etdirilməsi də qadağandır. Lakin alman rəsmiləri bu qadağaya zidd hərəkət edərək, terror təşkilatının fəaliyyətlərinə, başçılarının şəkilləri olan posterlərə və  bayraq adı verdikləri parçaların asılmasına icazə verirlər. Bu absurddur və Türkiyə hökumətinin etirazına səbəb olan  tamamilə lazımsız bir hərəkətdir. Türkiyəyə hüquq dərsi vermək istəyən alman rəsmiləri özlərini tənqidlərin hədəfi etməməlidirlər" ifadələrinə yer verir.

 

İngiltərə, Reuters: İraq Kürd Regional Rəhbərliyinin referendumuna bir həftə qalmış Türk tankları İraq sərhədində təlim keçdilər
 
 Ankaranın milli təhlükəsizliyinə təhdid olaraq gördüyü Şimali İraqda keçiriləcək müstəqillik referendumuna bir həftə qalmış Türk tankları bazar ertəsi günü İraq sərhədində təlim keçirdilər. Türkiyə baş naziri Binəli Yıldırım daxildən və xaricdən gələcək təhdidlərə dərhal cavab veriləcəyini söylədi. Yıldırım Şanlıurfada verdiyi açıqlamada:"Suriya və İraqda xəyal ardınca qaçanlar istər sərhədlərimizin içində, istərsə də xaricində milli təhlükəsizliyimizi təhdid edəcək hər hansı bir təşəbbüslərinin dərhal artıqlaması ilə cavablandırılacaqlarını yaxşı bilsinlər" dedi.

Almanya, "Deutsche Welle" Türk dilində internet saytı: Qərbdən Myanmaya zorakılığı dayandırma çağırışı

Myanmadakı Arakan müsəlmanlarının məruz qaldıqları zorakılıqla əlaqədar New Yorkda təşkil olunan BMT sessiyasından əvvəl toplantı keçirildi. Türkiyənin də qatıldığı nazirlər səviyyəsindəki toplantıdan Myanma lideri Aung San Suu Çiyə ortaq çağırış edildi. Çidən Arakan müsəlmanlarına qarşı tətbiq olunan zorakılığın dərhal dayandırılması tələb olundu.

ABŞ, "Turkish American News" xəbər portalı: Türk teatr tamaşası "Matryoşka" New Yorkda səhnəyə çıxacaq

Türk Amerikan Repertuar Teatrı mövsümə sürətlə başladı. Teatr Miqrant İncəsənət Koalisiyasının yaradılmasında iştirak etməklə yanaşı, West End Teatrında səhnə paylaşımına da qəbul edildi. Beləliklə, bundan sonra bu teatrın qoyduğu əsərləri təqdim edə biləcəyi bir ünvanı olacaq. Teatr bu səhnədə ilk dəfə oktyabrın 4-də  "Matryoşka" ilə tamaşaçılarla görüşəcək. İki həftə davam edəcək tamaşada Tolqa Savacı və Ayşə Eldek baş rollarda, Melissa Roth  Ayşə Eldekin əvəzedicisi olaraq səhnəyə çıxacaqlar.

 



Әlaqәli Xәbәrlәr