Ermənistan prezidenti istefa verib

Ermənistan prezidenti Armen Sarkisyan vəzifəsindən istefaya verdiyini bəyan edib.

1767066
Ermənistan prezidenti istefa verib

Ermənistan Prezidenti Armen Sarkisyan tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.

Armen Sarkisyan verdiyi yazılı açıqlamada ölkəsində müxtəlif siyasi problemlərin olduğunu və onlarla mübarizə aparmaq üçün lazımi alətlərə malik olmadığını bildirib.

Prezident kimi daxili və xarici problemləri həll etmək üçün konstitusiya səlahiyyətinə malik olmadığını deyən Sarkisyan bəzi siyasi qrupların onu və ailəsini də hədəf aldığını qeyd edib.

Səhhətinin də qeyd olunan səbəblərdən mənfi təsirləndiyini vurğulayan Sarkisyan “Uzun müddət düşündüm və dörd ildən sonra prezidentlikdən istefa vermək qərarına gəldim. Bu qərar emosional deyil, müəyyən məntiq çərçivəsində verilib” ifadəsini işlədib.

Qeyd edək ki, 2018-ci ildə prezident seçilən Sarkisyanın səlahiyyət müddəti 2025-ci ildə başa çatırdı.



Әlaqәli Xәbәrlәr