“Bu, ABŞ-ın imicinə düzəlməz zərər vuracaq”, D.Peskov

Rusiyanın xəbər agentliyi TASS-a açıqlama verən D.Peskov deyib ...

2130253
“Bu, ABŞ-ın imicinə düzəlməz zərər vuracaq”, D.Peskov


  Rusiya Prezident Aparatının mətbuat katibi Dmitri Peskov ABŞ-ın Rusiyanın dondurulmuş aktivlərini Ukraynanın xeyrinə istifadə etmək qərarına cavab verəcəyini bildirib.
  Rusiyanın xəbər agentliyi TASS-a açıqlama verən D.Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının dondurulmuş Rusiya varlıqlarının Ukraynanın xeyrinə istifadə edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləməsinə münasibət bildirərək deyib: “Əgər həqiqətən belədirsə, ABŞ buna görə cavab verməli olacaq. Yəqin ki, vaxt məhdudiyyəti olmayacaq. Biz bunu öz maraqlarımıza uyğun şəkildə edəcəyik. 
  Rusiyanın dondurulmuş aktivlərinin ələ keçirilməsi ilə bağlı qanuna gəlincə, təfərrüatları dəqiqləşdirmək lazımdır. Hər halda söhbət həqiqətən bizim aktivlərimizin ələ keçirilməsindən gedirsə, bu, ABŞ-ın imicinə düzəlməz zərər vuracaq. Çünki dövlət öz və xüsusi mülkiyyətinin toxunulmazlığının pozulması halında nə lazımsa, edəcək.”
  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da deyib: “ABŞ-ın Ukrayna, İsrail və Tayvana hərbi yardım ayırması qlobal böhranı dərinləşdirəcək”.
  Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə köçürülməsi üçün müsadirə edilməsi və Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələrini təsdiqləyib. Paketin həcmi 95 milyard dollar təşkil edib.
 



Әlaqәli Xәbәrlәr