Səudiyyə Ərəbistanı İran rejiminin region siyasətinə münasibət bildirib

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səud, İran rejiminin regionda etimad və sabitliyə zərbə endirən siyasətini narahatlıqla izlədiklərini bildirib.

1754728
Səudiyyə Ərəbistanı İran rejiminin region siyasətinə münasibət bildirib

TRT-nin Səudiyyə Ərəbistanın rəsmi xəbər agentliyi SPA-ya istinad etdiyi xəbərə görə Kral Salman Şura assableyasının işinə başlaması münasibətilə etdiyi çıxışda bu barədə danışıb. Səudiyyə Ərəbistanının yerli və beynəlxalq siyasətlərinə diqqət çəkən Kral: “Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) vahid varlığının qorunub saxlanmasını yüksək qiymətləndiririk. 5 iyun 2017-ci il tarixindən etibarən diplomatik əlaqələri dayandırdığımız Qətərlə münasibətlərimizin yenidən bərpasına töhfə verən 41-ci Körfəz Əməkdaşlıq Şurasının Zirvə Toplantısına ev sahibliyi etməyimiz bunun sübutudur”. Fələstin məsələsinin ölkəsinin xarici siyasətindəki prioritet mövzuların başında getdiyini ifadə edən Kral Əl Səud İran ilə vmünasibətlərə də toxunub: “ İran qonşu ölkədir. Bu səbəbdən rəsmi Tehranın siyasətini dəyişdirməsini və bölgədə sərgilədiyi mənfi davranışlardan imtina edərək dialoq yolu ilə əməkdaşlığa yönəlməsini istəyirik. Mövcud vəziyyətdə İran rejiminin regionda etimadı və sabitliyi sarsıdan siyasətlərini böyük narahatlıqla izləyirik. İran rejimi məzhəbə əsaslanan silahlı qruplaşmalar yaradaraq onlara dəstək verir, region ölkələrində hərbi əməliyyatlar həyata keçirir, sistemli şəkildə gücünü yayır. Nüvə proqramı və ballistik raketlərin inkişafında beynəlxalq ictimaiyyətlə əməkdaşlığa yanaşmır. Husilərə dəstək verərək Səudiyyə Ərəbistanını hədələyir”.



Әlaqәli Xәbәrlәr