İsrail qüvvələri qucağında bir aylıq körpəsi olan fələstinli qadını nəzarətə götürüb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində biri qadın olmaqla 3 fələstinlini nəzarətə götürüb.

1750534
İsrail qüvvələri qucağında bir aylıq körpəsi olan fələstinli qadını nəzarətə götürüb

TRT xəbər verir ki, bu  barədə Fələstin Əsirlər Dərnəyi  məlumat yayıb. Bildirib ki, İsrail qüvvələri İordan çayının qərb sahilinin Yerixo, Bire və Beytullahim şəhərlərinə basqın edərək  bir aylıq körpəsi olan Səmahira Zübeydat və  iki oğlunu nəzarətə  götürüblər. 



Әlaqәli Xәbәrlәr