Əsəd rejimi qüvvələrinin həyata keçirdiyi hücumlarda 15 mülki şəxs həyatını itirib

Suriyanın cənubundakı Dera vilayətində Əsəd rejimi qüvvələrinin həyata keçirdiyi hücumlarda 15 mülki şəxs həyatını itirib.

1682484
Əsəd rejimi qüvvələrinin həyata keçirdiyi hücumlarda 15 mülki şəxs həyatını itirib

Suriyanın cənubundakı Dera vilayətində Əsəd rejimi qüvvələrinin həyata keçirdiyi hücumlarda 15 mülki şəxs həyatını itirib.

Ölkənin cənubundakı Dera şəhərinin mərkəzindəki Dera əl-Beled rayonunda hakimiyyətini gücləndirmək üçün bölgəyə qurudan əməliyyat başladan rejim qüvvələri heç bir irəliləyişə nail ola bilməyib.

Bölgə xalqının və silahlı müxalif qrupların müqaviməti ilə üzləşən rejim qüvvələri şiddətli qarşıdurmalardan sonra geri çəkilmək məcburiyyətində qalıb.

Rejim qüvvələri tank və top atəşi ilə məhəlləyə hücum etdikdən sonra qarşıdurmalar Deranın qərb və şərq kəndlərinə yayılıb.

Kənd bölgəsindəki Deradan olan müxalif qruplar rejimə aid bəzi keçid məntəqələrini və hərbi nöqtələri hədəf alıb.

Kənd ərazilərindəki qarşıdurmalar Sayda, Um el-Mayadin, Nasip, Yadude, Mizyrib, Um Meyzen, Neva, Tsil, Bekkar, Tafas, Nuayme, Casem, İnhil kimi bölgələrdə artarkən bu ərazilərdə kəndə nəzarət müxalifətin əlinə keçib.

Bunun qarşısında rejim qüvvələri sözügedən yaşayış məntəqələrini minaatan və artilleriya hücumları ilə hədəfə alıb.

Yerli etibarlı mənbələrdən əldə edilən məlumata görə, rejim qüvvələrinin şəhər mərkəzi və ərazilərindəki yaşayış yerlərinə istiqamətli hücumlarında ilk məlumata görə, Yadudedə ana və 3 uşağı daxil olmaqla 6 uşaq, Casemdə 2 uşaq, İnhldə 1 uşaq və Dera şəhər mərkəzi və Tafas bölgəsində isə 6 dinc vətəndaş olmaqla 15 mülki şəxs həyatını itirib.

Qarşıdurmaların bəzi yerlərdə davam etdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr