Sergey Lavrov: “ NATO Rusiya ilə hərbi dialoqa yanaşmır”

Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, NATO-nun Rusiya ilə hərbi dialoq qurmaq istəmədiyini bildirib.

1664021
Sergey Lavrov: “ NATO Rusiya ilə hərbi dialoqa yanaşmır”

Rusiya Xarici işlir naziri Sergey Lavrov 9-cu Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edib. NATO-nun zirvə toplantısının keçən həftə keçirildiyini xatırladan Sergey Lavrov alyansın Rusiyanı dayandırmaq cəhdlərinin Avropada hərbi-siyasi gərginliyin artmasına səbəb olduğunu qeyd edib.

NATO-nun Rusiyanın hərəkətlərini təcavüzkar addım olaraq qiymətləndirdiyini xatırladan Lavrov, ölkəsinin NATO ilə dialoqa hazır olduğunu bildirib. Rusiya ilə NATO arasında təmas xəttindəki hərbi təhlükəni azaltmaq üçün Moksvanın konstruktiv təkliflərinin hələ də müzakirəyə açıq olduğunu ifadə edən Rusiya Xarici işlər naziri Lavro, NATO-nun Rusiya ilə hərbi dialoq yaradmaq istəmədiyinə diqqət çəkib.

Lavrov, ABŞ-ın 22 Noyabr 2020-ci ildə Açıq Səmalar Sazişindən çıxdığını xatırladaraq: “ABŞ-ın bu qərarı maraqlar balansına və Rusiyanın hərbi şəffaflıq baxımından bərabər hüquqluluğuna zərbə endirdi. Bu şərtlərdə Moskvanın razılaşmaya sadiq qalması mənasını itirdiyi üçün müqavilədən çıxmaq qərarına gəldik. Belə bir vəziyyətdə NATO və Avropa İttifaqının Rusiyanı müqaviləni pozmamağa çağırması ikiüzlülükdür”-deyə Lavrov vurğulayıb.



Әlaqәli Xәbәrlәr