Qazaxıstanda vəziyyət gərgin olaraq qalmaqdadır

Yanvarın 2-də Qazaxıstanda başlayan etiraz aksiyalarından sonra hökumətin istefası gərginliyi azaltmağa kifayət etmədi.

1758558
Qazaxıstanda vəziyyət gərgin olaraq qalmaqdadır

Yanvarın 2-də Qazaxıstanda başlayan etiraz aksiyalarından sonra hökumətin istefası gərginliyi azaltmağa kifayət etmədi. Fövqəladə vəziyyətin elan edilməsi qərarına baxmayaraq, başda Almatı olmaqla bir çox şəhərdə nümayişlər davam edərkən, 18 təhlükəsizlik işçisi həlak oldu, 748 təhlükəsizlik işçisi yaralandı.
Qazaxıstanda yanacaq qiymətinin artımı ilə başlayan gərginlik davam edir. Qiymət artımının geri çəkilməsinə və hökumətin istefasına baxmayaraq, hadisələr səngimədi. Yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edildi.

Qazaxıstan Daxili İşlər Nazirliyi hadisələrin nəticəsini açıqladı. Buna görə 18 mühafizəçi həyatını itirib, 748 mühafizəçi yaralanıb. 2 min 298 nəfər saxlanılıb.

Almatıda təhlükəsizlik qüvvələri binaları bir-bir təmizləməyə çalışır. Çimkent və Aktav şəhərlərində vəziyyətin nəzarət altında olduğu açıqlanıb.

Hadisələrlə bağlı Qazaxıstan Xarici İşlər Nazirliyi də açıqlama verib. Açıqlamada silahlı hücumların “xaricdə təlim keçmiş terrorçular” tərəfindən həyata keçirildiyi vurğulanıb.

Müstəqil Dövlətlər Birliyinin tərkibindəki “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı” Qazaxıstana sülhməramlılar göndərib.

Sülh Korpusu Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan hərbi birləşmələrindən ibarətdir.

Türk Dövlətləri Təşkilatı da Qazaxıstanı dəstəkləməyə hazır olduğunu açıqlayıb.

Qazaxıstanda baş verənlərə reaksiyalar

Avropa İttifaqı Komissiyası öz bəyanatında Qazaxıstanın suverenliyinə hörmət edilməli olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Entoni Blinken konstitusiya orqanlarına və media azadlığına tam dəstəyini bir daha bəyan edib. Ağ Ev hadisələri yaxından izlədiyini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi də Qazaxıstanda baş verənləri mütəşəkkil xarici müdaxilə kimi qiymətləndirib.

Çin Xarici İşlər Nazirliyi isə Qazaxıstanda baş verənləri ölkənin daxili işi kimi şərh edib.



Әlaqәli Xәbәrlәr