Ən böyük kadr böhranı bərpaolunan enerji sahəsindəymiş

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə ...

2130684
Ən böyük kadr böhranı bərpaolunan enerji sahəsindəymiş

 

  Dünyada sənaye sektorunda kadr qıtlığı ciddi problemə çevrilib. Lakin qlobal miqyasda istehsalat sahələri arasında ən böyük kadr böhranı bərpaolunan enerji sahəsində müşahidə olunur.

  Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2030-cu ilədək bu sektorda 30 milyon işçi çalışacaq. Bütün Avropa ölkələrində bu sahə üzrə kadrlar hazırlansa da, vakant yer sayı məzunların sayını üstələyir. Bir çox ölkədə bu sektorda təhsil alanlar elə tələbə ikən işə götürülür.

  Ən ciddi kadr tələbatı külək enerjisi mütəxəssislərinədir. Əvvəllər mühəndislik qadınların marağına çox səbəb olmasa da, bərpaolunan enerji sahəsində təhsil alan qızların sayı ilbəil artır.



Әlaqәli Xәbәrlәr