Kasım-Jomart Tokayev xalqın onu dəstəklədiyinə əmin olduğunu bildirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqın onu dəstəklədiyinə əmin olduğunu bildirib.

1757832
Kasım-Jomart Tokayev xalqın onu dəstəklədiyinə əmin olduğunu bildirib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqın onu dəstəklədiyinə əmin olduğunu bildirib.

Prezident “Nə olarsa olsun, paytaxtda (Nur-Sultan) olacağam. Xalqın yanında olmaq mənim qanunlara əsaslanan borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə keçəcəyik. Biz bundan daha güclü çıxacağıq” deyib.

Televiziya kanallarında ictimaiyyətə müraciət edən Tokayev bildirib ki, aksiyalar zamanı nümayişçilər təhlükəsizlik qüvvələrinə geniş miqyasda hücum ediblər. Təhlükəsizlik qüvvələri arasında ölən və yaralananlar olub. Etirazçılar “quldurlardan ibarətdir”.

Tokayev bildirib ki, etirazçılar əsgərləri döyüb, qadınları sıxışdırıb, mağazaları qarət ediblər.

Mövcud vəziyyətin Almatı əhalisinin təhlükəsizliyini təhdid etdiyini deyən Tokayev eyni vəziyyətin bəzi digər şəhərlərdə də yaşandığını və buna dözə bilməyəcəklərini bildirib.

Bu səbəbdən fövqəladə vəziyyət elan etdiklərini xatırladan prezident Tokayev “Bu, zəruri tədbirdir. Prezident kimi mən vətəndaşların təhlükəsizliyini, əmin-amanlığını, ölkənin bütövlüyünü təmin etməliyəm” deyib.

Bu tədbirlərin kifayət etmədiyini qeyd edən Tokayev xuliqan ünsürlərin hərəkətlərinin maliyyə dəstəyi ilə sui-qəsdçilər tərəfindən diqqətlə hazırlanmış planın mövcudluğunu ortaya çıxardığını bildirib.

“Prezident kimi, Təhlükəsizlik Şurasının sədri kimi bu gündən etibarən mümkün qədər müdaxilə etmək niyyətindəyəm. Bu məsələ mənə müraciət edən, canlarının, ailələrinin qorunmasını istəyən vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlıdır. Bu məsələ ölkəmizin təhlükəsizliyi ilə bağlıdır”-Tokayev deyib.

Xalqın onu dəstəklədiyinə əmin olduğunu vurğulayan Tokayev yaxın vaxtlarda siyasi dəyişikliklərlə bağlı yeni təkliflərlə açıqlamalar verəcəyini və ölkədə islahatlarla bağlı mövqeyini dəyişmədiyini əlavə edib.

Qazaxıstan mətbuatının məlumatına görə, ölkə ərazisində fövqəladə vəziyyət elan edilib. Nümayişçilər Almatıda qubernatorluq da daxil olmaqla dövlət müəssisə və təşkilatlarına basqın edərək 120-yə yaxın mağaza, 100-ə yaxın ofis, 200-ə yaxın restoran və kafeni qarət ediblər.

Almatı və Aktauya reyslərin dayandırıldığı, paytaxt Nur-Sultana uçuşların dayandırıldığı iddia edilir.



Әlaqәli Xәbәrlәr