Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 dekabr 2021)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə....

1742139
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 dekabr 2021)

Azərbaycanda son sutkada 1772 nəfər "Covid-19"-a yoluxub, 21 nəfər ölüb.

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus əleyhinə 37 057 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 27 414 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 578 492, buster doza üzrə vaksinasiya olunanların sayı isə 938 767 təşkil edir.

 



Әlaqәli Xәbәrlәr