Azərbaycan Prezidenti İlham Əliyev Soçi şəhərinə işgüzar səfər edib

İlham Əliyev Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər edib.

1739088
Azərbaycan Prezidenti İlham Əliyev Soçi şəhərinə işgüzar səfər edib

Noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfər edib.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Kremldən bildirilib ki, görüşdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə imzalanmış razılaşmaların icrasının vəziyyətini müzakirə edəcəklər.

Eyni zamanda, regionda sabitliyin möhkəmlənməsi üçün növbəti addımlar da müzakirə olunacaq. Tərəflər həmçinin regionda ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına da xüsusi diqqət yetirəcəklər.

Xəbərdə həmçinin V.Putinin İ.Əliyev və N.Paşinyanla təkbətək görüşəcəyi də bildirilir.



Әlaqәli Xәbәrlәr