Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutub

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cavab atəşi ilə qarşı tərəf susdurulub.

1735687
Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətindəki mövqeləri növbəti dəfə atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 18-si saat 14:10-dan etibarən Şəmşəddin rayonunun Çinarlı kəndi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi kəndi istiqamətində yerləşən mövqelərini heç bir səbəb olmadan növbəti dəfə atıcı silahlardan intensiv atəşə tutublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, cavab atəşi ilə qarşı tərəf susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.



Әlaqәli Xәbәrlәr