Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 sentyabr 2021)

Son sutkada Azərbaycanda koronavirus infeksiyasından 1778 nəfər sağalıb.

1712970
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (30 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 774 yoluxma faktı qeydə alınıb, 1778 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 483 min 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 min 922 nəfər müalicə olunaraq sağalıb, 6 min 525 nəfər vəfat edib. Aktiv xəstə sayı 18 min 455 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 484, bu günə qədər isə ümumilikdə 4 milyon 859 min 15 test icra olunub.

Sentyabrın 30-da Azərbaycanda 68 min 676 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 517, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 min 159 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 554 min 628, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 762 min 232, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 792 min 396 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr