Hulusi Akar Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qəbul edilib

Milli müdafiə naziri Hulusi Akar Qırğızıstanın müdafiə naziri general Taalaybek Omuralievin rəsmi dəvətilə getdiyi paytaxt Bişkekdə bir sıra görüşlər keçirib.

1667419
Hulusi Akar Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qəbul edilib

Milli müdafiə naziri Hulusi Akar Qırğızıstanın müdafiə naziri general Taalaybek Omuralievin rəsmi dəvətilə getdiyi paytaxt Bişkekdə təmaslarını davam etdirir.

Nazir Akar səfəri çərçivəsində Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən Prezidentlikdə qəbul edilib.

Görüşdə Akarın Prezidentlərin başçılığında keçirilən Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Toplantısının ikitərəfli münasibətlərə güclü təkan verdiyini və perspektivli bir yol xəritəsini ortaya qoyduğunu ifadə etdiyini, bu çərçivə daxilində müdafiə, təhlükəsizlik və müdafiə sənayesi məsələləri daxil olmaqla bir çox sahədə əməkdaşlığı dərinləşdirmək iradəsini dilə gətirdiyi və Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizədə əməkdaşlığın vacibliyini vurğuladığı bildirilib. 

Akar səfəri çərçivəsində dünya şöhrətli qırğız yazıçısı və diplomatı Cengiz Aytmatovun “Çölün müdrik qələmi” adlanan muzeyini də ziyarət edib.

Ziyarətin sonunda muzeyin xatirə dəftərini imzalayan nazir Akar Qırğızıstandakı təmaslarını tamamladıqdan sonra Tacikistana gedib.



Әlaqәli Xәbәrlәr