Türkiyə mətbuatı: 5 dekabr 2024
Türkiyə mətbuatında dərc olunan bir sıra xəbərlərin xülasəsi
“Vatan”: PKK/KCK terror təşkilatına aid 709 mağara və sığınacaq məhv edildi
Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya bu il PKK/KCK terror təşkilatının qış mövsümü üçün kənd yerlərindəki hazırlıqlarına qarşı keçirilən “Gürz” əməliyyatlarında 709 mağara, sığınacaq və anbarın məhv edildiyini, çox sayda partlayıcı, silah və sursatın ələ keçirildiyini açıqlayıb.
“Yeni Şafak”: Hələbə qayıdan suriyalı: “Türkiyəyə çox təşəkkür edirik, 7 ildir qonaqpərvərliyiniz çox yaxşı idi”
Suriyanın Hələb şəhərinin müxaliflər tərəfindən nəzarət altına alınmasından sonra Hatayda yaşayan və ailəsi ilə birlikdə vətəninə geri qayıdacaq olan Aya Əbdüssəlam Türkiyəyə təşəkkür edib. O, “7 ildir Türkiyədəyəm. Hatayda yaşayırdım. Hələb azad edildi. Vətənimizə qayıdırıq. Bütün Türkiyəyə çox təşəkkür edirik. 7 ildir qonaqpərvərliyiniz çox yaxşı idi”, - deyə bildirib.
“Star”: Dünya nəhəngi Türkiyəni seçdi
İsveçrədə mərkəzləşən dərman şirkəti Sandoz Türkiyədəki yeni investisiyaları üçün 80 milyon dollar həcmində artım elan edib.
“Sabah”: “Togg” bazar liderliyini möhkəmləndirir
Türkiyənin yerli elektrikli avtomobili “Togg” rəqibləri “Tesla” və “BMW”ni geridə qoydu. İlin 11 aylıq dövründə 24 min 361 ədəd satışla ən yaxın rəqibindən 15 min 134 ədəd fərqlənib. Bu dövrdə “Togg”un elektrikli avtomobil bazar payı 29 faiz olaraq qeydə alınıb.
“Haber Türk”: “TIMSS 2023”də Türkiyə təbiət elmləri sahəsində Avropada birinci oldu
Türkiyə Beynəlxalq Riyaziyyat və Təbiət Elmləri Tendensiyaları Araşdırması (TIMSS) 2023 nəticələrinə görə 4-cü sinif təbiət elmləri sahəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri arasında ikinci, bu sahədəki orta xal ilə isə bütün Avropa ölkələri arasında birinci sırada yer alıb.