Türk Silahlı Qüvvələri antiterror əməliyyatlarına davam edir

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada terrorçuların gözləyən sondan qaça bilməyəcəkləri vurğulanıb

2229517
Türk Silahlı Qüvvələri antiterror əməliyyatlarına davam edir

 

İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-ya üzv 9 terrorçu zərərsizləşdirilib. 

Türkiyə Milli Müdafiə Nazirliyindən (MSB) verilən açıqlamada terrorçuların gözləyən sondan qaça bilməyəcəkləri vurğulanıb. Açıqlamada bildirilir ki, Türk Silahlı Qüvvələri İraqın şimalındakı "Pəncə-Kilid" və Metina bölgələrində müəyyən edilən 3 PKK-çı terrorçunu, həmçinin Suriyanın şimalındakı "Fırat Qalxanı" və "Sülh Çeşməsi" bölgələrində aşkarlanan 6 PKK/YPG-li terrorçunu zərərsizləşdirib. 

Nazirlikdən verilən açıqlamada "Terroru mənbəyində məhv etmək üçün gözlənilməz, qeyri-adi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik" ifadələrinə yer verilib.



Әlaqәli Xәbәrlәr