Türkiyə və Azərbaycanın Xarici işlər nazirləri arasında telefon danışığı keçirilib
İkitərəfli münasibətlər və Suriyadakı inkişafları müzakirə edilib
Türkiyə Xarici işlər naziri Hakan Fidan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apararaq ikitərəfli münasibətlər və Suriyadakı inkişafları müzakirə edib.
Danışıqlar zamanı Azərbaycan-Türkiyə münasibətləri və 2-ci Qarabağ müharibəsindən sonraı bölgədəki vəziyyətlə yanaşı, Yaxın Şərqdəki proseslər və təhlükəsizlik məsələləri də gündəmə gəlib.
Ceyhun Bayramov Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi seçilən səfir Feridun Sinirlioğlunu təbrik edib.
Eyni zamanda, Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstək verildiyi vurğulanaraq Suriya xalqının iradəsi əsasında yaranmış böhranın ən qısa zamanda həll olunması arzusu ifadə olunub.
Әlaqәli Xәbәrlәr
Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
Xarici İşlər Nazirliyinin “X” sosial media hesabından edilən paylaşıma görə...