Ermənistan Konstitusiyası dəyişdirilməzsə, Azərbaycanla sülh, Türkiyə ilə normallaşma mümkün deyil

Bu qiymətləndirməni Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın deyib

2218207
Ermənistan Konstitusiyası dəyişdirilməzsə, Azərbaycanla sülh, Türkiyə ilə normallaşma mümkün deyil

 

  “Ermənistan hələ də Konstitusiyanın dəyişdirilməsi istiqamətində addımlar atmaq fikrindən uzaqdır. Bu da Azərbaycanla sülh, Türkiyə ilə münasibətlərin normallaşması yolunda ciddi maneədir”. Bu qiymətləndirməni Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) eksperti Selenay Erva Yalçın deyib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın sülhə hazır olduğuna nə qədər əmin etsə də, Ankara və Bakının ədalətli narahatlığının aradan qaldırılmasına yönəlmiş konkret addımlar atılmayıb.

  AVİM eksperti vurğulayıb ki, Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbi heç də sülh prosesini ləngitmək məqsədi daşımır. Azərbaycanın mövqeyi Ermənistandan keçmişdə gələn təhdidlərin təkrarlanmasının qarşısını almaq istəyinə əsaslanır. O qeyd edib ki, Azərbaycanla tezliklə sülhə nail olmaq üçün İrəvan nəinki Konstitusiyaya yenidən baxmalı, həm də Bakıya qarşı hər hansı beynəlxalq iddialardan imtina etməli, həmçinin müşahidəçiləri Azərbaycan sərhədlərindən uzaqlaşdırmalıdır.

  “Paşinyanın sülhə hazır olması ilə bağlı açıqlamaları şübhəsiz ki, müsbət siqnaldır, lakin bu, kifayət deyil”, – deyə Selenay Erva Yalçın əlavə edib.



Әlaqәli Xәbәrlәr