AFAD Livana humanitar yardım göndərib

Köçkün livanlıların müvəqqəti məskunlaşdığı məktəblərdə istifadə edilmək üçün AFAD tərəfindən Livan səlahiyyətlilərinə cəmi 36 duş və tualet hədiyyə edilib.

2217447
AFAD Livana humanitar yardım göndərib

İsrailin hücumları səbəbindən Livanın cənubunda evlərini tərk etmək məcburiyyətində qalanlar üçün Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)  tərəfindən göndərilən humanitar yardım ləvazimatlarını daşıyan gəmi Beyrut limanına çatıb.

Köçkün livanlıların müvəqqəti məskunlaşdığı məktəblərdə istifadə edilmək üçün AFAD tərəfindən Livan səlahiyyətlilərinə cəmi 36 duş və tualet hədiyyə edilib.

Yardımların çatdırılması üçün təşkil edilən mərasimdə Türkiyənin Beyrut səfiri Murat Lütem, Livanın ətraf mühit naziri və hökumət fövqəladə işlər komitəsinin sədri Nasser Yasin və Yüksək Yardım Komissiyasının baş katibi briqada generalı Bassam Nabulsi iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin Beyrutdakı səfiri M.Lütem "Türkiyənin dövlət qurumları və qeyri-hökumət təşkilatları İsrailin təcavüzü qarşısında qardaş Livana dəstək olmaq üçün səfərbər oldular. Qardaş Livan xalqına dəstəyimiz davam edəcək" deyib.

Livanın Ətraf mühit naziri və Hökumət Fövqəladə İşlər Komitəsinin sədri Yasin Türkiyə Cümhuriyyəti və prezident Ərdoğana göstərdikləri dəstəyə görə təşəkkür edib və bunun Türkiyə tərəfindən göndərilən ilk yardım olmadığını xatırladıb.

Keçmişdə ərzaq və tibbi yardım göstərildiyini bildirən Yasin köçkün livanlılar üçün yardımın böyük əhəmiyyət daşıdığını qeyd edib.

Yasin əlavə edib ki, İsrailin Livan xalqına qarşı dağıdıcı təcavüzünə qarşı Türkiyənin mövqeyi vacibdir və onlar bu həmrəyliyə görə minnətdardırlar.



Әlaqәli Xәbәrlәr