Ukraynalı uşaqlar hökumətin istəyilə ölkələrinə göndərilir
Müharibə qurbanı olan uşaqlar şəhərin hər yerindəki mehmanxanalarda qalaraq təhlükəsiz şəraitdə təhsillərini, incəsənət və idman fəaliyyətlərini davam etdirirdilər
Rusiya-Ukrayna müharibəsi üzündən təxminən 2,5 ildir Türkiyənin Antalya vilayətində qonaq olan ukraynalı uşaqlar Ukrayna hökumətinin istəyi ilə ölkələrinə göndərilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan və Ukrayna prezidenti Volodimir Zelenskinin xanımı Olena Zelenskanın görüşündən sonra 2022-ci ilin mart ayından etibarən Türkiyəyə Ukraynanın uşaq evlərindən göndərilən uşaqlar Antalyada qonaq edilmişdi.
Müharibə qurbanı olan uşaqlar şəhərin hər yerindəki mehmanxanalarda qalaraq təhlükəsiz şəraitdə təhsillərini, incəsənət və idman fəaliyyətlərini davam etdirirdilər.
Ukrayna Sosial Siyasət Nazirliyinin tələbi ilə uşaqlar və onların himayədar ailələri ölkələrinə göndərilməyə başlanıb. 181 uşaq və 57 himayədar ailə də daxil olmaqla sonuncu qrup noyabr ayında öz ölkələrinə göndəriləcək.
Ukraynalı uşaqların qaldığı oteldə vida mərasimi təşkil olunub. Antalya Ailə və Sosial Xidmətlər müdir müavini Fatih Yılmaz burada etdiyi çıxışda müharibə qurbanı olan uşaqları ən yaxşı şəkildə qəbul etmək üçün əllərindən gələni etdiklərini söyləyib: "Ukraynada təhlükəsiz zona müəyyən edilib. Hər kəs öz vətəninə, torpağına qayıdacaq. Bundan mühüm heç nə yoxdur. Ümid edirik ki, hamınızı xoşbəxt göndəririk. Əlimizdən gələni etməyə çalışdıq. Allah heç kəsi vətənsiz, torpaqsız qoymasın və hər kəsə öz vətənində yaşamaq nəsib etsin. Hamınıza uğurlar.
Ukraynanın Antalya konsulu Oleksandr Voronin də qapılarını açdığı üçün Türkiyəyə təşəkkür edib: “Uşaqlar vaxtlarını Türkiyədə təhlükəsiz keçirdikləri və Antalyadan çox xoşbəxt ayrılacaqları üçün çox minnətdarıq”.
Әlaqәli Xәbәrlәr
Türkiyə Milli Müdafiə Nazirliyi Suriya və İsrail barədə açıqlama verib
Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən həftəlik mətbuat brifinqi keçirilib.