Ankarada TDT-nin yaradılması haqqında Naxçıvan Sazişinin 15 yaşı qeyd edildi
Ankarada “Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi" və 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı təntənəli tədbir keçirilib
Ankarada “Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi" və 3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı təntənəli tədbir keçirilib. Mərasimdə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya və digərləri Naxçıvan Sazişinin imzalanmasında ötən 15 il ərzində formalaşan əməkdaşlıq sahələri, ortaq dəyərlərimizin birgə layihələrlə dünyada tanıdılması və əlaqələrin hər il daha da inkişaf etdirilməsi istiqamətində atılan addımlar barədə danışıblar.
Tədbir əsnasında Türk Dövlətləri Təşkilatının formalaşması istiqamətində görülən işlər, keçirilən tədbirlər və ortaq mədəni irsimizi özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
Mərasimdə Türkiyənin, eləcə də qardaş ölkədəki türkdilli dövlətlərin rəsmi qurumları və diplomatik korpusun nümayəndələri, müxtəlif türkdilli təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı və TÜRKSOY-un əməkdaşları və digərləri iştirak ediblər.
Әlaqәli Xәbәrlәr
Suriyanın şimalında 5 terrorçu daha zərərsizləşdirildi
Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.