Türkiyə 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Gününü qeyd etdi

Türkiyənin Xarici İşlər Nazirliyi təbrik mesajını “X” sosial media platformasında etdiyi açıqlama ilə paylaşıb

2194379
Türkiyə 3 oktyabr Türk Dövlətləri Əməkdaşlıq Gününü qeyd etdi

 

Türkiyənin Xarici İşlər Nazirliyi Türk Dövlətləri Təşkilatının (TDT) qurucu sənədi olan Naxçıvan Sazişinin 15-ci ildönümü münasibətilə Türk Dünyasının 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Gününü təbrik edən bir mesaj yayınlayıb. Nazirlik təbrik mesajını “X” sosial media platformasında etdiyi açıqlama ilə paylaşıb.

Açıqlamada "Türk Dövlətləri Təşkilatının qurucu sənədi Naxçıvan Sazişinin 15-ci ildönümü münasibətilə bütün Türk Dünyasının 3 Oktyabr Türk Dövlətləri Əməkdaşlıq Gününü qürurla qeyd edirik. Türk dövlətləri arasında “Dildə, fikirdə, işdə birlik” şüarının həyata keçirilməsi üçün var gücümüzlə çalışmağa qətiyyətlə davam edəcəyik" ifadələrinə yer verilib.

Quruluş adı Türk Dilində Danışan Ölkələrin Əməkdaşlıq Şurası (qısaca Türk Şurası) olan TDT-nin təməli 3 oktyabr 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan Naxçıvan Sazişi ilə atılıb.

Ortaq tarixi və mədəni dəyərlərə sahib Türk Dünyasının inteqrasiyasına xidmət etməyi hədəfləyən TDT üzv ölkələrlə iqtisadiyyatdan siyasətə, təhsildən mədəniyyətə, müdafiədən təhlükəsizliyə, nəqliyyatdan gömrüyə, turizmdən idmana qədər müxtəlif sahələrdə əməkdaşlığın əsasını formalaşdırmağa yönəlmiş fəaliyyətlər həyata keçirir.

Hazırda regional səviyyədə tanınması artan TDT 15 ildə ümumilikdə 4,25 milyon kvadratkilometr əraziyə və təxminən 160 milyon əhaliyə malik üzv ölkələri ilə Türk dünyasının geosiyasi mövqeyini gücləndirən beynəlxalq təşkilat halına gəlib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan kimi 5 tam üzvdən ibarət olan TDT-də Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası (ŞKTR) müşahidəçi olaraq yer alır.

Quruluşundan bəri dövlət başçıları səviyyəsində 10 zirvəyə ev sahibliyi edən TDT 11-ci zirvəsini 6 noyabrda Qırğızıstanda keçirməyə hazırlaşır.



Әlaqәli Xәbәrlәr