Hakan Fidan Necib Mikati ilə telefon əlaqəsi saxlayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan rabitə vasitələrinə hücumdan sonra Livanın Baş naziri Necib Mikati ilə telefon əlaqəsi saxlayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan rabitə vasitələrinə hücumdan sonra Livanın Baş naziri Necib Mikati ilə telefon əlaqəsi saxlayıb.
Məlumata əsasən Hakan Fidan Mikatidən hücumla bağlı məlumat alıb, həlak olanlarla əlaqədar ona və Livan xalqına başsağlığı verib.
Qeyd edək ki, Livanda ''Hizbullah''ın istifadə etdiyi rabitə qurğuları partladılıb.
Livan Səhiyyə Nazirliyi partlayışlar nəticəsində biri uşaq olmaqla 9 nəfərin öldüyünü, təxminən 2800 adamın yaralandığını açıqlayıb.
Әlaqәli Xәbәrlәr
Hakan Fidan Ankarada iki mühüm qonağı qəbul edib
Xarici işlər naziri Hakan Fidan paytaxt Ankarada iki mühüm qonağı qəbul edib.
Ərdoğan Dibeybeni qəbul edib
Prezident Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeni qəbul edib.