Türkiyənin Milli Kəşfiyyat Təşkilatı bir təhlükəli terrorçunu da zərərsizləşdirdi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) separatçı terror təşkilatı PKK/KCK-nın Mahmur düşərgəsinin qondarma məsul üzvü "Adıl Mardin" ləqəbli Azad Akıncını İraqın şimalındakı Mahmurda keçirilən əməliyyatla zərərsizləşdirdi
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) separatçı terror təşkilatı PKK/KCK-nın Mahmur düşərgəsinin qondarma məsul üzvü "Adıl Mardin" ləqəbli Azad Akıncını İraqın şimalındakı Mahmurda keçirilən əməliyyatla zərərsizləşdirdi.
Təhlükəsizlik mənbələrindən əldə olunan məlumata görə, Milli Kəşfiyyat Təşkilatı qırmızı kateqoriyada axtarılan PKK/KCK üzvü Azad Akıncının yerini müəyyən edib.
Akıncı Türkiyə sərhədindən 160 kilometr uzaqlıqdakı Mahmurda həyata keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.
Terror təşkilatı adından fəaliyyət göstərmək və onun təbliğatını aparmaq ittihamı ilə bir müddət Türkiyədə həbsdə olan Akıncı terror təşkilatının İraqın şimalındakı bəzi fəaliyyətlərini də həyata keçirib.
Әlaqәli Xәbәrlәr
Ərdoğan Dibeybeni qəbul edib
Prezident Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Əbdülhəmid Dibeybeni qəbul edib.