Hakan Fidan İspaniyada səfərdədir
Türkiyənin xarici işlər naziri Hakan Fidan İspaniyanın paytaxtı Madriddə İspaniyanın baş naziri Pedro Sançes ilə görüşüb
2187011
Türkiyənin xarici işlər naziri Hakan Fidan İspaniyanın paytaxtı Madriddə İspaniyanın baş naziri Pedro Sançes ilə görüşüb.
Xarici İşlər Nazirliyinin rəsmi ''X'' internet səhifəsində edilən paylaşımda nazir Hakan Fidanın İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqasının yaratdığı Qəzza üzrə təmas qrupunun xarici işlər nazirləri ilə İspaniya Baş naziri Pedro Sançeslə görüşdüyü bildirilib.