Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini hörmətlə və ehtiramla anır
Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
2232398
Qanlı Yanvar hadisələrindən 35 il ötür. Hər il olduğu kimi, faciənin növbəti ildönümündə də Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini dərin ehtiramla yad edir.
Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanında böyük izdiham yaşanır, şəhid məzarları üzərinə qərənfillər düzülür. 20 Yanvar Azərbaycan xalqının tarixinə yalnız faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Odur ki, şəhid məzarları önündə baş əyən on minlərlə insanın simasında kədərlə yanaşı, qürur hissləri oxunur.
Bu gün yalnız Bakıda deyil, bölgələrdə və xarici ölkələrdə də kütləvi anım tədbirləri və mərasimlər təşkil edilir, şəhidlərin ruhuna dualar oxunur. 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə yardım göstərilir.