Sərdar Berdiməhəmmədov Ömər Bolatı qəbul edib
Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ilə Türkmənistan arasında 5 milyard dollarlıq ticarət həcmi hədəfinə yaxın zamanda çatmağı hədəflədiklərini ifadə edib.
Türkiyənin ticarət naziri Ömər Bolat Türkiyə ilə Türkmənistan arasında 5 milyard dollarlıq ticarət həcmi hədəfinə yaxın zamanda çatmağı hədəflədiklərini ifadə edib.
Ömər Bolat paytaxt Aşqabadda keçirilən 11-ci Türkmənistan Türk İxrac Məhsulları Sərgisində iştirak etmək üçün getdiyi Türkmənistanda prezident Sərdar Berdiməhəmmədov tərəfindən qəbul edilib.
Ö.Bolat bununla bağlı açıqlamasında gücünü qardaşlıq əlaqələrindən götürən Türkiyə-Türkmənistan münasibətlərinin xüsusilə son dövrlərdə mühüm irəliləyiş əldə etdiyini bildirib və Türkmənistanla ticari və iqtisadi əlaqələri Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərqulı Ataqulıyev ilə koordinasiyalı şəkildə davam etdirdiklərini dilə gətirib.
Nazir Ö.Bolat birgə səylər nəticəsində ticarət həcminin 2,7 milyard dollara yaxınlaşdığına işarə edərək sözlərini bunları deyib:
"Qarşılıqlı sərmayələrimiz 200 milyon dolları keçib və podratçılarımız Türkmənistanda 53,5 milyard dollar dəyərində 1100-ə yaxın layihə həyata keçirib. Ticarət, investisiya və müqavilə sahələrində əməkdaşlığımızı daha da inkişaf etdirmək mümkündür. Ən böyük məqsədimiz 5 milyardlıq ticarət hədəfinə yaxın zamanda nail olmaqdır".
Ticarət naziri Bolat uğurları ilə keyfiyyətini sübut edən türk podratçıların Türkmənistanda yeni layihələrə imza atmağa hazır olduqlarını bildirib və ənənəvi hal almış Türkmənistan-Türkiyə İxrac Məhsulları Sərgisinin ikitərəfli ticarət hədəflərinə çatmaq üçün asanlaşdırıcı rol oynadığını bildirib.