“Türk Dünyası Əsri üçün birlikdə çalışacağıq”, R.T.Ərdoğan

Ərdoğan, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Dövlət Başçıları Zirvəsində çıxış etdi

2207321
“Türk Dünyası Əsri üçün birlikdə çalışacağıq”, R.T.Ərdoğan

 

Rəcəb Tayyib Ərdoğan "Qarşıdakı dövrü Türk Dünyası Əsri etmək üçün bütün gücümüzlə çalışacağıq" dedi. O, Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Dövlət Başçıları Zirvəsində çıxış etdi.

Türk dünyası üçün ortaq bir gələcək qurmağı hədəflədiklərini ifadə edən Türkiye prezidenti "TDT nümunəvi bir platform halına gəlmişdir. Bu coğrafiyanı əbədi olaraq möhkəm tutacaq güclü iradə masa ətrafındakı bütün dostlarımda mövcuddur. Təşkilatımızı çox daha irəliyə aparacağıq" dedi.

Ərdoğan əlavə etdi: "Ortaq əlifbanın yaradılması səyləri 2024-cü ilin sentyabr ayında tamamlandı. Bu, gələcəyi birlikdə qurmağımızın da nişanəsidir. Artıq üzv ölkələrin ortaq əlifbanı əsas alaraq zəruri keçidi həyata keçirmələri lazımdır. Üzvlərimizin yeni əlifbaya keçid prosesində addımlar atması yerində bir addım olacaq. Türk Dünyası Əsri üçün birlikdə çalışacağıq."

Prezident Şimali Kipr Türk Respublikasının da zirvədə şərəfli qonaq kimi iştirak etdiyini bildirərək "Təşkilatımızın bugünkü zirvəsində şərəfli qonaq kimi yer alması həmrəylik iradəmizin təzahürüdür. Onların yaxın zamanda tam üzv olmasını gözləyirik. Kiprdə ədalətli bir həll üçün Türk Dünyasına məsuliyyət düşür. Ukraynada da davamlı və ədalətli sülhü dəstəkləyirik" dedi.

Çıxışında İsrailin hücumlarına da toxunan Rəcəb Tayyib Ərdoğan "Qəzza başda olmaqla işğal altındakı Fələstin torpaqlarında yaşanan soyqırımın dayandırılması məsələsində beynəlxalq ictimaiyyət pis bir sınaq verir. Hətta qərar belə qəbul edə bilmir, etmək istəmir. İsrailin qan və göz yaşını bütün bölgəyə yaymaq istəyini Livanda görürük. Türkiyə olaraq bu vəhşiliyi, qətliamı qəbul etmirik. Onları dayandırmaq və Fələstin dövlətini qalıcı şəkildə suveren hala gətirmək üçün əlimizdən gələni edirik" ifadələrini işlətdi.



Әlaqәli Xәbәrlәr