Azərbaycan işğaldan azad edilmiş ərazilərdə 158 mindən çox mina zərərsizləşdirdi

Azad olunmuş ərazilərdə Ermənistan ordusu tərəfindən basdırılmış yüz minlərlə minanın olduğu təxmin edilir

2193982
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə 158 mindən çox mina zərərsizləşdirdi

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə Ermənistan ordusunun bölgəyə yerləşdirdiyi 158 mindən çox mina və partlamamış sursatı zərərsizləşdirdi.

Ermənistan işğalından azad edilən Qarabağ bölgəsi və ətrafındakı rayonlarda mina təmizləmə işləri gedir.

Azad olunmuş ərazilərdə Ermənistan ordusu tərəfindən basdırılmış yüz minlərlə minanın olduğu təxmin edilir.

Mina təmizləmə fəaliyyətlərini Azərbaycan Mina Təmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Silahlı Qüvvələrinə bağlı mühəndis birlikləri həyata keçirir. Fövqəladə Hallar Nazirliyi, Sərhəd Xidmətləri Komandirliyi və bəzi özəl şirkətlər də bu fəaliyyətlərə dəstək verir.

2-ci Qarabağ Müharibəsinin başa çatdığı 10 noyabr 2020-dən bu günə qədər 162 min hektarlıq ərazi minalardan təmizlənib. Təmizlənən ərazilərdə 104 mindən çox partlamamış sursat, 33 mindən çox piyada əleyhinə mina və 20 mindən çox tank əleyhinə mina aşkarlanıb. Ümumilikdə 158 mindən çox mina və partlamamış sursat zərərsizləşdirilib.

Müharibənin başa çatmasından bu günə qədər Ermənistan qüvvələrinin işğal dövründə basdırdığı minaların partlaması nəticəsində 70 Azərbaycan vətəndaşı həyatını itirib, 309 nəfər yaralanıb.

Türkiyə Silahlı Qüvvələri (TSQ) Xüsusi Mina Axtarma Təmizləmə (ÖMAT) qrupları da bir müddət ərazidə xidmət göstərərək mina təmizlənməsi işində Azərbaycana dəstək verib.

Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinə ASFAT tərəfindən istehsal olunan və Azərbaycana təhvil verilən 20 Mina Təmizləmə Maşını (MEMATT) da sahədə istifadə olunur.

Azərbaycan Prezidenti İlham Əliyev bölgədəki minaların təmizlənməsi üçün təxminən 30 il və 25 milyard dollar lazım olduğunu bəyan etmişdi.



Әlaqәli Xәbәrlәr