Ssenarilər üç əsas parametr əsasında: Avropa, ABŞ və Rusiyanın mövqeləri

Türkiyə Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondu – SETA-nın təhlükəsizlik tədqiqatları direktoru professor Murat Yeşiltaşın məqaləsini təqdim edirik

2192592
Ssenarilər üç əsas parametr əsasında: Avropa, ABŞ və Rusiyanın mövqeləri

Rusiya-Ukrayna müharibəsi və Avropa İttifaqı ilə ABŞ

 

  Yaxın Şərqdəki böhran davam etdikcə İsrailin Livana qarşı hücumlarının yeni növü ilə müharibə qaçılmaz olaraq böyüyəcəkdir. Yeni genişləmiş cəbhə ilə iki böyük böhranla qarşılaşacağıq: biri Yaxın Şərqə, digəri Avropaya yönəldilmişdir. Hər iki böhranın yeni regional sistemlərin qurulmasına təsiri mühüm olacaqdır. Ukraynada davam edən müharibənin nəticəsinin Avropadakı təhlükəsizlik vəziyyətinə necə təsir edəcəyi üç fərqli ssenaridə təhlil edilə bilər: əməkdaşlıq, rəqabət və hegemoniya. Bu ssenarilər üç əsas parametr əsasında müzakirə edilə bilər: Avropanın strateji muxtariyyəti, ABŞ-ın Avropaya təsiri və Rusiyanın mövqeyi.

Səmərəli əməkdaşlıq

  Bu ssenaridə əməkdaşlığa əsaslanan təhlükəsizlik mühiti, Avropa hökumətləri arasında əməkdaşlığın gücləndirilməsi, İngiltərənin Breksitdən sonra Avropa İttifaqı ilə müdafiə sahəsində əməkdaşlığının canlanması və Rusiyanın Avropa ilə əməkdaşlığı və reinteqrasiyası xarakterizə olunur. Onların təzahürü birgə müdafiə layihələrinin, istehsal fəaliyyətlərinin sayının və miqyasının artması, həmçinin Aİ üzvləri arasında daha barışdırıcı bir yanaşmanın olmasını təmin edəcək.

  Avropa Müdafiə Fondu (EDF) və Daimi Strukturlaşdırılmış Əməkdaşlıq Təşkilatı (PESCO) kimi qurumlar əvvəllər müdafiə birgəyini artırmaq üçün yaradılmışdı. EDF, PESCO-dan Aİ fondlarından istifadə etməsi və müdafiə nazirlikləri kimi ən vacib dövlət qurumlarının rolunu azaldaraq  dövlətlərarası danışıqlardan daha çox qarşılıqlı firmaların əməkdaşlığını təşviq etməsi ilə fərqlənir. Beləliklə, o, millətlərarası yanaşmaya əsaslanır və PESCO-dan daha dərin əməkdaşlığa yönəlib.

  Avropadakı bu birgə təhlükəsizlik qaydası qitənin artan strateji muxtariyyəti kimi mümkün göstəricilərə malikdir. Millətlərarası təhlükəsizlik və müdafiəni təmin edə bilməməyin xroniki problemi EDF kimi mexanizmlərlə aradan qaldırılacaqdır. Digər bir nəticə, NATO-nun səmərəliliyinin artması, lakin ABŞ-ın dominantlığının azalmasıdır. NATO-nun Avropa sütunu güclənəcək və özünü təmin edəcək və ABŞ-dan müstəqil olacaq. Eyni şəkildə artan xərclər, birgə sanksiyalar və Ukraynaya daha sıx dəstək sayəsində Rusiya nəzarətə alınacaq və nəticədə Rusiya sistemə yenidən inteqrasiya edilə biləcək.

  Rəqabət və ayrılıq

  Avropa təhlükəsizlik mühiti üçün ikinci mümkün gələcək ehtimal Rusiya ilə ikinci soyuq müharibə kimi təsvir edilə bilər. Rusiya-Ukrayna müharibəsi boyu Avropa hökumətləri arasındaki fərqliliklər və aldıqları tədbirlər münasibətlərdə fikir ayrılığına və şübhəyə səbəb olacağı halda ortaya çıxa bilər. Buna görə, qitədəki Almaniya, Fransa və İngiltərə kimi böyük güclər milli maraqlarını ön plana çıxaran siyasətlər həyata keçirirlər.

  “Avropa göy qalxanı” təşəbbüsü Aİ daxilində, xüsusən Almaniya ilə Fransa arasında, mətbuatda açıq tənqidlər də daxil olmaqla mübahisələrə səbəb oldu. Rəqabət ssenarisində Avropa hökumətləri kamikaze raketləri və dronlarının yüksək səviyyədə istifadəsi ilə hava və raketdən müdafiə problemləri nəzərə alınmaqla, Rusiyanın təhdidi ilə necə mübarizə aparacağına dair ümumi konsensusa gələ bilməyəcəklər.

  Bu ssenarinin də mümkün nəticələri var. Milliyyətçilik və proteksionizm, xüsusən də Fransanın üstünlük verdiyi yerli müdafiə sənayesini prioritetləşdirməklə artmağa davam etdi. NATO-nun səmərəliliyi Avropa dövlətlərinin daxili fikir ayrılıqları, ABŞ-ın sonrakı narazılığı və müdafiə xərclərini ödəyə bilməməsinə görə azalacaq, Aİ-na inam azalacaq və Şərqi Avropa, Baltikyanı ölkələr və Balkan dövlətləri sürətli hərbiləşməyə məcbur qalacaq və bu yeni təhlükəsizlik dilemmalarına səbəb olacaq.

Məhdud və asılı

  Son mümkün təhlükəsizlik mühiti hegemon və məhdudlaşdırıcı, o cümlədən Çinlə soyuq müharibə kimi təsvir edilə bilər. Bu ssenari təmas nöqtələri ilə EDF və PESCO strukturları daxilində kifayət qədər layihə quraraq qitədə strateji muxtariyyət yarada bilməməyin nəticəsi olacaqdır. Məsələ ABŞ-ın Avropanın müdafiəsinə və təhlükəsizliyinə təsirini artıracaq.

  Müharibə başlayandan bəri Avropa ölkələrinin əksinə iddialarına baxmayaraq, getdikcə daha çox silah tədarükü ittifaq xaricindən gəldi və ABŞ ən böyük tədarük mənbəyi idi. Qitənin bir çox ölkəsi müharibədən əvvəl F-35-lər sifariş vermişdi, lakin Çexiya, Almaniya, İsveçrə və Rumıniya kimi dövlətlər tərəfindən oktyabr ayında əlavə sifarişlər verildiyi görünür. Bolqarıstan və Slovakiya kimi daha təvazökar müdafiə büdcələri olan ölkələr də ABŞ-dan F-16 Blok-70 qırıcıları sifariş etdilər. Bir çoxları üçün ABŞ-dan müdafiə satınalmaları Amerika təhlükəsizliyinə zəmanət və Amerikanın Avropadakı hərbi varlığının davamı olaraq görünür. Baltikyanı ölkələrin, Şərqi Avropanın və Balkan dövlətlərinin strateji sənədlərini nəzərdən keçirərkən aydın olacaq ki, onların ərazisində Amerikanın mövcudluğunu qorumaq və gücləndirmək strateji prioritet kimi qəbul edilmişdir.

  Hegemoniya təhlükəsizlik nizamının mümkün nəticələri ikitərəfli dünyanın ortaya çıxması olacaqdır. Amerikanın hökmranlığı ilə Aİ-nın qlobal miqyasda güclü və müstəqil bir aktyor olmaq iddiası da sona çatacaq. İkitərəflilik daha aydın və kəskin olacaq və fəaliyyət sahəsini daraldacaqdır. Amerikanın suverenliyi və bipolyar strukturların xüsusiyyətləri səbəbindən kiçik dövlətlər, xüsusən də ABŞ-dan daha çox asılı olacaqlar. Bu ssenarinin başqa bir nəticəsi Rusiyanın zəifləməsi və sistemdən kənarlaşdırılması ola bilərdi. Amerika Birləşmiş Ştatları güclənəcək və hakim olacaq, nəticədə hökumət dəyişikliyinə səbəb ola biləcək müharibənin davamını təmin edəcəkdir. Bu, Rusiya üçün alçaldıcı nəticə olardı. Digər tərəfdən, Rusiya müharibəni qazanarsa, ABŞ-ın hakim olduğu Avropa təhlükəsizlik mühitindən tamamilə kənarlaşdırılacaq və Şərqlə Qərb arasındakı uçurum daha da kəskinləşəcəkdir. Qeyd etdiyimiz bütün bu ssenarilər Ukraynadakı müharibənin nəticəsindən asılı olacaq.

 



Әlaqәli Xәbәrlәr