Akkumulyator və batareya texnologiyaları: Batareya Texnologiyaları Sammiti
Türkiyə Prezident Administrasiyası İnvestisiya İdarəsinin strateji tərəfdaşlığı ilə Akkumulyator Batareya İstehsalçıları və Təchizatçıları Dərnəyi tərəfindən təşkil edilən Batareya Texnologiyaları Sammiti Kocaeli Gebzədə Bilişim Vadisində olacaq
Akkumulyatorlar və batareyalarla bağlı Kocaeli sammiti
Elektriklə işləyən ev alətlərindən istifadə etdiyimiz avtomobillərə, kompüterlərimizdən mobil telefonlarımıza qədər enerji kabelləri ilə işləyən cihazların və avadanlıqların sayı hər keçən gün artır. Akkumulyator və batareya texnologiyaları bu səbəbdən ölkələr baxımından “kritik texnologiya” sinfinə daxil edilir.
Hazırda dünyada batareya istehsal gücü 2,6 TWh (teravatt-saat) səviyyəsindədir. 2030-cu ildə bu rəqəmin böyük sıçrayışla 3,5 dəfə artaraq 9 TWh-a çatması gözlənilir. Buna görə də Türkiyə bu mühüm məhsul kateqoriyasına yönəlik investisiyaları dəstəkləyir. Əsasən elektrikli avtomobillərdə istifadə olunmaq üçün Gemlik bölgəsində bir batareya fabriki qurulub. Anadolunun müxtəlif şəhərlərində batareya və akkumulyator istehsalına böyük əhəmiyyət verilir. Yeni fabriklərinin tikilməsi də gündəlikdədir. Məhz buna görə də Türkiyə 2024-cü ilin 25-26 sentyabr tarixlərində vacib bir tədbirə - Batareya Texnologiyaları Zirvəsinə ev sahibliyi edəcək.
Türkiyə Prezident Administrasiyası İnvestisiya İdarəsinin strateji tərəfdaşlığı ilə Akkumulyator Batareya İstehsalçıları və Təchizatçıları Dərnəyi tərəfindən təşkil edilən Batareya Texnologiyaları Zirvəsi Kocaelinin Gebzə rayonunda yerləşən Bilişim Vadisində baş tutacaq. Tədbirdə batareya texnologiyaları sahəsində yerli və xarici 32 mütəxəssis təxminən 750 iştirakçı ilə bir araya gələcək. Burada ekosistemin hər mərhələsi - xammal proseslərindən hüceyrə istehsalı texnikalarına, fərqli tətbiqlərdən davamlı tullantı strategiyalarına qədər bir çox mövzu müzakirə ediləcək.
Yenilikçi ideyaların paylaşılması, ən son texnoloji inkişafların və beynəlxalq perspektivlərin Türkiyəyə gətirilməsi məqsədilə təşkil edilən Batareya Texnologiyaları Zirvəsi Türkiyə də daxil olmaqla 12 ölkədən gələn iştirakçılarla iki gün ərzində enerji məsələlərini ortaya qoyacaq.
PİLDER-in sədri Kadem Usta Anadolu Agentliyinə verdiyi açıqlamada enerji saxlama texnologiyalarını "enerji sahəsində oyunu dəyişdirən" adlandırıb. K.Usta zirvənin Türkiyədə bu ekosisteminin ən sağlam şəkildə formalaşmasına böyük töhfə verəcəyinə inandıqlarını vurğulayaraq deyib: "Batareya texnologiyaları dünyada davamlı enerji keçidinin əhəmiyyətli bir hissəsinə çevrilib. Akkumulyator və batareya sənayesi son dərəcə dinamik bir sektor olaraq sürətlə böyüyür. Ölkəmizdə artan tələblə yanaşı G7 ölkələrinin 2030-cu ilə qədər çatmağı planlaşdırdığı 1500 qiqavattlıq yeni qlobal enerji depolama hədəfi də sektorumuz üçün bir fürsət təqdim edir. Bu sahədə qlobal bazarda daha fəal mövqeyə çatıb ölkə iqtisadiyyatına böyük töhfə verə bilərik. Buna görə də batareya və akkumulyator texnologiyalarında istehsal mərkəzi olmaq vizyonu ilə hərəkət edirik".
Kadem Usta 2022-ci ildə 573 milyon dollardan çox olan litium-ion akkumulyator və batareya idxalının 2023-cü ildə əhəmiyyətli bir artımla 1,06 milyard dollara yüksəldiyini xatırladın. Türkiyədəki batareya istehsal ekosistemində mühüm inkişafların müşahidə olunduğunu qeyd edən PİLDER-in sədri "2 istehsal zavodu hazırda aktiv şəkildə fəaliyyət göstərir. İnvestisiya mərhələsində olan 4 yeni zavodla qiqavatt-saatlıq bu rəqəm daha da artacaq. Ölkəmizin 2030-cu ilə qədər 80 GWh (qiqavatt-saat) istehsal gücünü keçəcəyini proqnozlaşdırırıq" deyə dəyərləndirib.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) saxlanılabilən enerji istehsalı lisenziyaları və elektrikli avtomobil istehsalı ilə birlikdə Türkiyənin litium-ion akkumulyator və batareya tələbinin 2030-cu ilə qədər 10 milyard dolları keçəcəyi gözlənilir.
Türkiyə 2022-ci ildə 10,5 milyon dollar olan batareya ixracını 2023-cü ildə 39,7 milyon dollara çıxararaq dörd dəfə artırıb. Hazırda təxminən 100 zavodda litium-ion batareyaların istehsalı həyata keçirilir.
Әlaqәli Xәbәrlәr
Enerji saxlama sistemləri
Bəziləri qalıqdan, bəziləri bərpa olunan enerjidən, bəziləri isə nüvə enerjisindən istifadə edir