Yaponiyada “Harri Potter”in qılıncları müsadirə edildi
Yaponiyanın “Asahi Shimbun” qəzetinin xəbərinə görə ...
Yaponiyada “Harri Potter” (Harry Potter) film seriyasından tema parkında suvenir kimi satılan qılıncların təkrarı silaha nəzarət qanununu pozduqları səbəbiylə müsadirə edilib.
Yaponiyanın “Asahi Shimbun” qəzetinin xəbərinə görə, “Warner Bros Studios”a məxsus “The Making of Harry Potter” adlı tema parkının internet saytında açıqlama verilib.
Paytaxt Tokiodakı əyləncə parkında suvenir kimi satılan və ucu itiliyinə görə ölkədə silaha nəzarət qanununu pozduğu təsbit edilən 86 santimetr uzunluğundakı paslanmayan polad qılınclar geri istənilib.
Replika qılıncın “Harri Potter” film seriyasındakı Qodrik Qriffindor (Godric Gryffindor) personajına aid qılıncın orijinal rekreasiyası olduğu bildirilib və məhsulları alan müştərilərdən də şirkətlə əlaqə saxlamaları xahiş olunub.
Әlaqәli Xәbәrlәr
Cənubi Koreyada 65 və ondan yuxarı yaşdakı şəxlər əhalinin 20 faizinə çatıb
Cənubi Koreyada sosial-iqtisadi səbəblərdən doğum göstəriciləri azalmaqdadır