İtaliyada daşıyıcı analıq qadağan edildi
Artıq xaricdə surroqat analıq xidmətinə müraciət edən cütlüklər cinayət məsuliyyətinə cəlb olunacaq
İtaliya parlamenti cütlüklərə surroqat analıq yolu ilə uşaq dünyaya gətirmək üçün xaricə getməyi qadağan edib.
Oktyabrın 16-da Yuxarı Palata olan Senatda bu qanunun lehinə 84 deputat səs verib. “The Guardian” yazır ki, qanun layihəsi 2023-cü ildə aşağı palata tərəfindən təsdiqlənmişdi.
Xatırladaq ki, İtaliyada surroqat analıq 2004-cü ildən qadağan edilib. Artıq xaricdə surroqat analıq xidmətinə müraciət edən cütlüklər cinayət məsuliyyətinə cəlb olunacaq. Yeni qanun bir milyon avroya qədər cərimə ilə 3 aydan 2i ilə qədər azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
İtaliya Baş naziri Corcia Meloni ənənəvi ailə dəyərlərini təbliğ etməyə çalışan və LGBTQ cütlüklərinin uşaqlara qanuni hüquqlar əldə etməsini getdikcə çətinləşdirən dərin mühafizəkar sosial siyasət yürüdür. Bundan əvvəl İtaliya hökumətinin başçısı surroqat analığı uşaqlara supermarketdə məhsul kimi baxıldığı “qeyri-insani” təcrübə adlandırıb.
Surroqat analıq qadağası İtaliyada doğum nisbətinin azaldığı bir vaxta təsadüf edir. Ölkənin Milli Statistika İnstitutu (ISTAT) 2024-cü ilin martında 2023-cü ildə doğum nisbətinin rekord səviyyədə aşağı düşdüyünü bildirib.
Surroqat analıq — başqa şəxs və ya şəxslər üçün uşağın qadın tərəfindən bətndə saxlanılması və doğulması deməkdir. Çox vaxt embrionun formalaşması üçün genetik material (sperma və oositler) uşağın valideynləri tərəfindən verilir. Bəzi hallarda surroqat ana eyni zamanda genetik ana da ola bilir. Surroqat analıq hamiləliyin və doğuşun arzuolunmaz olduğu və ya tibbi baxımdan mümkün olmadığı, hamiləlik riskinin nəzərdə tutulan ana üçün çox təhlükəli olduğu və ya tək kişi və ya kişi cütlüyün uşaq sahibi olmaq istədiyi zaman tətbiq edilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, surroqat analıq köməkçi reproduktiv texnologiya kimi təsnif edilir. Bəzi ölkələrdə surroqat analıq qanunsuzdur və insan alverinin bir növü hesab olunur.
Surroqat ana ilk dəfə 1986-cı ildə ABŞ-da genetik olaraq övladı olmayan uşağı dünyaya gətirib.
Әlaqәli Xәbәrlәr
Bu gün 31 dekabr Yeni il bayramıdır
Bu gün 2020-ci il ilә vidalaşaraq 2021-ci ili çoşğu ilә qarşılayacağıq.