Müğənni Robbi Uilyams ilk dəfə İstanbulda konsert verəcək
Dünyaca məşhur Müğənni Robbi Uilyams ilk dəfə İstanbulda musiqisevərlərlə görüşəcək.
2231771
Dünyaca məşhur müğənni Robbi Uilyams ilk dəfə İstanbulda musiqisevərlərlə görüşəcək.
"Angels", "Feel" və "Let Me Entertain You" kimi hitləri ilə musiqi dünyasında uğur qazanan Uilyams "Live 2025" turu çərçivəsində oktyabrın 7-də Festival Park Yenikapıda konsert verəcək.
Karyerası boyunca çoxsaylı nüfuzlu mükafatlar, o cümlədən "Brit Awards" kimi mükafatları qazanan Robbi Uilyams səhnədəki səmimiyyəti və pərəstişkarları ilə yaratdığı xüsusi ünsiyyət, eləcə də musiqisi ilə tanınır.
Konsertin biletləri 20 yanvar Türkiyə vaxtı ilə saat 13:00-dan etibarən "Biletix", "Passo", "Biletinial" və "Bubilet"də satışa çıxarılacaq.