"Kodaly Kvarteti" musiqi qrupu İstanbulda konsert proqramı ilə çıxış ediblər
"Kodaly Kvarteti" musiqi qrupu "Macar-Türkiyə Dostluğu 100-cü ili" çərçivəsində İstanbulda sənətsevərlərlə görüşüb
"Kodaly Kvarteti" musiqi qrupu "Macar-Türkiyə Dostluğu 100-cü ili" çərçivəsində İstanbulda sənətsevərlərlə görüşüb.
Qrupun skripkaçısı Attila Falvay konsertdən əvvəl Anadolu Agentliyinə verdiyi açıqlamada 1966-cı ildə qurulan ‘‘Kodaly Kvarteti’’nə özünün 1980-ci ildə qoşulduğunu söyləyib.
Avstriyalı klassik musiqi bəstəkarı Frans Yozef Haydndan ilham aldıqlarını bildirən Falvay macar mədəniyyətinin musiqi elçisi olduqlarını vurğulayıb.
Falvay Türk sənətsevərlər üçün konsertdə Frans Yozef Haydn, Zoltan Kodali və Feliks Mendelsson bəstələrinə yer verdiklərini qeyd edib.
Kodaly Kvarteti haqqında:
Budapeştdəki Ferenc Liszt Akademiyasının tələbələri tərəfindən 1966-cı ildə "Sebestyen" adı ilə qurulan dördlük 1972-ci ildə macar bəstəkar Zoltan Kodalyin adını alıb. ‘‘Kodaly Kvarteti’’ həm ölkə daxilində həm də xaricdə macar mədəniyyətinin elçiləri kimi tanınır və kamera musiqisində "əfsanə" olaraq xarakterizə edilir. Attila Falvay, Ferenc Bango, Zoltan Tuska və Dyord Ederdən ibarət olan qrup 2022-ci ildə Macarıstan Hökuməti tərəfindən "Kossuth" mükafatına layiq görülmüş və başda Naxos və Hungaroton şirkətləri olmaqla 70-dən çox qeydiyyat aparmışdır.
Әlaqәli Xәbәrlәr
“Divani-lüğəti-Türk” UNESCO-nun yubiley siyahısına daxil edildi
Türk Mədəniyyəti və İrs Fondunun sədri Aktotı Raimkulova bu barədə danışdı