Türkiyədən daha bir məhsul Aİ coğrafi göstərici qeydiyyatından keçdi
Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabından etdiyi paylaşımda bildirib ...
Türkiyədən daha bir məhsul Avropa İttifaqından (Aİ) coğrafi göstərici qeydiyyatından keçib.
Hüyük çiyələyi Aİ-də qeydiyyatdan keçən 25-ci məhsul oldu.
Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır sosial media hesabından etdiyi paylaşımda bildirib: “Konyanın Hüyük qəsəbəsində yetişən, özünəməxsus dadı və ətri ilə məşhur olan çiyələklər artıq coğrafi işarəli məhsullar arasına keçdi. Hüyük çiyələyi Aİ-də qeydiyyatdan keçmiş 25-ci coğrafi göstəricimiz oldu. Konyaya və ölkəmizə xeyirli olsun.
Başlanan beynəlxalq coğrafi göstərici səfərbərliyində Anadolunun bənzərsiz dad və dəyərlərini dünyaya tanıtmağa davam edəcəyik”.
Qeyd edək ki, Qaziantep paxlavası, Aydın ənciri, Malatya əriksi, Aydın şabalıdı, Milas zeytun yağı, Bayramiç ağı, Taşköprü sarımsaq, Giresun dolğun fındıq, Antakya künəfesi, Suruç narı, Çağlayancerit qozu, Gemlik zeytun, Edremit zeytun yağı, Milas zeytun yağı, Ayaşdan zeytun, Maraş tarhana, Edremit Körfəzi yaşıl cızıq zeytun, Ezine pendiri, Safranbolu zəfəranı, Aydın Memecik zeytun yağı, Araban sarımsağı, Osmaniye fıstığı, Bingöl balı, Bursa şaftalısı, Hüyük çiyələyi Aİ-də qeydiyyatdan keçən məhsullardır.
Әlaqәli Xәbәrlәr
“Türk Dünyası Ensiklopediyası” hazırlanıb
“Türk Dünyası Ensiklopediyası” tədqiqatçıların və oxucuların istifadəsinə verilib.