Türkiyə xarici ticarətdə inkişafını davam etdirir

Noyabrda ixracat 22 milyard dolları keçib. 120 ölkəyə ixrac artıb.

2216986
Türkiyə xarici ticarətdə inkişafını davam etdirir

Türkiyə xarici ticarətdə inkişafını davam etdirir.

Noyabrda ixracat 22 milyard dolları keçib. 120 ölkəyə ixrac artıb.

Yanvar-noyabr dövründə ixrac 2,5 faiz artaraq 238 milyard 486 milyon dollara çatıb.

Türkiyənin noyabr ayında ən çox ixrac etdiyi ölkə Almaniya olub.

Almaniyaya 1 milyard 681 milyon dollarlıq ixracat edilib.

İkinci yerdə 1 milyard 465 milyon dollarlıq ixracatla Amerika Birləşmiş Ştatları (ABŞ) qərarlaşıb.

İngiltərə 1 milyard 266 milyon dollarlıq ixracatla üçüncü yerdədir.

Yanvar-noyabr dövründə Avropa regionu 136 milyard 45 milyon dollarla ən çox ixrac edilən ölkə qrupları arasında birinci olub.

Avropanı 58 milyard 527 milyon dollarlıq ixracatla Asiya izləyib.

ABŞ ixracatının məbləği 21 milyard 664 milyon dollara çatıb.

Bu dövrdə Afrika ölkələrinə 19 milyard 421 milyon dollar ixrac edilib.

Sektorlar üzrə bölgüdə ən böyük hissə 93,6 faiz ilə istehsal sektorunun olub.

İstehsal sektorunu 4,3 faiz ilə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoru izləyib.

Mədənçıxarma və karxana sənayesi də ixracda1,4 faiz pay əldə edib.



Әlaqәli Xәbәrlәr